Tarix Muzeyi Vətən
müharibəsi ilə bağlı xatirə əşyalarını
qəbul edir
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus əşyaların muzey eksponatı kimi qorunub saxlanması, nümayişi və gələcək nəsillərə tanıdılması məqsədilə layihəyə başlayıb.
Bu məqsədlə muzey “Vətən müharibəsi” adlı sərgi və daimi ekspozisiyası üçün Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus xatirə əşyalarının qəbulunu elan edib.
Bu barədə muzeydən
məlumat verilib. Bildirilib
ki, sərgi və daimi
ekspozisiya üçün
şəhidlərin yaxınları tərəfindən muzeyə
həvalə ediləcək əşyalar sənədləşdirmə
yolu ilə qəbul olunacaq.
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.4.