Tacikistan portalında Nizaminin 880 illiyi ilə bağlı məqalə
Tacikistanın “avesta.tj” portalında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı rus dilində geniş məqalə çap edib.
Məqalədə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi bildirilir. Qeyd olunur ki, bu
il Azərbaycanda
və dünya ölkələrində Nizami
Gəncəvinin həyat
və fəaliyyəti
ilə bağlı müxtəlif tədbirlər
keçiriləcək, mütəfəkkir
ədibin kitabları çap olunacaq.
Materialda Nizami Gəncəvinin “Xəmsə”si haqqında danışılır, bu
əsərlərin dünya
ədəbiyyatı xəzinəsinə
daxil olduğu vurğulanır. Qeyd edilir ki, bu əsərlər Yaxın Şərq və Orta Asiya
xalqları ədəbiyyatının
inkişafında da mühüm rol oynayıb, bir sıra şairlər Nizami Gəncəvidən sonra “Xəmsə” yaradıb.
Bildirilir ki, Azərbaycanın Gəncə şəhərində
Nizami Gəncəvinin
mavzoleyi var, Bakı, Sankt-Peterburq və Romada şairin abidələri ucaldılıb. Azərbaycan Milli Elmlər
Akademiyasının Ədəbiyyat
İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizaminin adını daşıyır.
Qeyd edilir ki, Nizami
Gəncəvinin əsərləri
əsasında böyük
bəstəkar Üzeyir
Hacıbəyli ölməz
romanslar yaradıb, Qara Qarayev “Yeddi
gözəl”, Fikrət
Əmirov isə “Nizami” baletini yazıblar.
Mədəniyyət.- 2021.- 20 yanvar.- S.8.