Muzey və sərgi zalları
qapılarını açacaq
Dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVİD-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilərək, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel tarixinədək uzadılmasına qərar verilib.
Eyni zamanda son həftələrdə xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan 14 dekabrdan tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin bir qisminin yumşaldılması qərara alınıb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvardan etibarən 17 şəhər və rayon üzrə yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi (14 dekabrda tətbiq edilmişdi) ləğv olunub.
25 yanvardan etibarən ölkə ərazisində bir sıra iş və xidmətlərin, o cümlədən muzey və sərgi zallarının fəaliyyətinə, həmçinin şəhərlərarası və rayonlararası hərəkətə icazə verilir.
1 fevral tarixindən isə ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Qarşıdakı günlərdə, həmçinin
məktəblərin açılması ilə bağlı
müəyyən addımlar atılacaq.
Mədəniyyət.- 2021.- 20 yanvar.- S.1.