Qanlı Yanvar Niderlandda yaşayan uşaqların gözü ilə

 

Ölkəmizin Niderlanddakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi təşkil olunub.

 

20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan sərgidə Niderlandda yaşayan Azərbaycan və türk diasporu üzvlərinin övladlarının, onların yerli dostlarının, eləcə də Rotterdam şəhərindəki həftəsonu məktəbi şagirdlərinin əl işləri nümayiş olunur.

 

Rəsmlərdə uşaqlar bu faciənin rəmzinə çevrilmiş qırmızı qərənfillərlə günahsız axıdılan qanı, qara rənglə ümumxalq kədərini təsvir etməyə çalışıblar. Azərbaycanlı uşaqlar doğma Vətəndən uzaqda yaşasalar da, xalqımızın hüznmübarizliyini rəsmlərində əks etdiriblər. Bununla onlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvarın xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini ifadə ediblər.

 

Mədəniyyət.- 2021.- 20 yanvar.- S.8.