İngilis rejissoru Piter Brukun “Boş
məkan”ı Azərbaycan
dilində
Dövlət Tərcümə Mərkəzi
teatrşünaslıq, rejissor
və aktyor sənətinin tədrisinə
töhfə olaraq İngiltərənin görkəmli
teatr və kino rejissoru, nəzəriyyəçisi Piter
Stiven Pol Brukun Azərbaycan dilinə tərcümə
edilmiş məqalə
və müsahibələrinin
toplandığı “Boş
məkan” kitabını
nəşr edib.
Kitabda “Cansız teatr”, “Müqəddəs teatr”, “Kobud teatr” və
s. başlıqlar altında
teatr mühitinin pərdəarxası, aktyorluq
və rejissorluq sənətinin görünən
və gizli tərəfləri, sənət
aləmində baş
verən proseslərin
izahı dərin təhlil və araşdırmalarla verilib.
Kitabın tərcümə müəllifi
İlqar Əlfioğlu,
redaktoru Rəbiqə Nazimqızıdır.
Piter Stiven
Pol Bruk “Karamazov qardaşları”, “Dəfn
olunmamış ölülər”, “Qış
nağılı”, “Böyük inkvizitor”, “Dilənçilər operası”, “Yeddi gün, yeddi gecə” kimi məşhur
teatr tamaşalarının, bədii və
sənədli filmlərin müəllifidir. O, həmçinin
1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir.
“Avropa teatr
mükafatı”, “Kioto” və “Beynəlxalq
İbsen mükafatı” ilə də təltif
edilib. Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.
Mədəniyyət.- 2021.- 20 yanvar.- S.7.