İşğaldan azad olunan bölgələrdə kitabxanaların fondu üçün

 

Xalq yazıçısı Elçin 500 kitab hədiyyə edib

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası azad olunan rayonlarımızda kitabxanaların fondunun yenidən təşkili məqsədilə ziyalılardan, təşkilatlardan, nəşriyyatlardan və bütün vətəndaşlardan kitab toplanması kampaniyasına başlayıb. İşğaldan əvvəl bu rayonlarda fəaliyyət göstərmiş minə yaxın kitabxana erməni vandalları tərəfindən tamamilə dağıdılaraq məhv edilib.

 

Bu kampaniyaya qoşulan Xalq yazıçısı Elçin Milli Kitabxanaya gələrək öz şəxsi kolleksiyasından 500-ə yaxın kitabı işğaldan azad olunan kitabxanaların fondu üçün hədiyyə edib. Hədiyyə olunan kitablar sırasında yazıçının özünün 10 cildliyivar.

 

Yanvarın 15-də kitabların təqdim edilməsi ilə bağlı mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu təşəbbüsün əhəmiyyətini vurğulayıb. Bildirib ki, 30 ilə yaxın davam edən işğal nəticəsində mədəni irsimizə qarşı talanvandalizm həyata keçirilib, o cümlədən kitabxanalarımız məhv edilib. Düşmən işğal etdiyi ərazilərdə Azərbaycanın tarixi-mədəni irsiniizini tamamilə silməyə çalışıb. Prezident İlham Əliyev Füzuli və Cəbrayıla səfəri zamanı ermənilərin dağıtdığı binaları göstərərək “Baxın ermənilər kimdir, onların xisləti nədir. Amma biz azərbaycanlılar buranı bərpa edəcəyik”, - deyə dünyaya müraciət etdiyini xatırladan Kərim Tahirov bildirib ki, Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birlikdə dövlətimizin başçısının bu çağırışına qoşularaq kampaniyaya başlamağa qərar verib:Azad olunmuş torpaqlarda 975 kitabxana var idi və onların fondunda 4 milyon 600 min kitab olub. Buna görə də kitabxanaların fondunu bərpa etmək üçün üzərimizə böyük bir missiya düşür. Yenidən qurulacaq həmin kitabxanaların fondu üçün indidən kitabtoplama kampaniyasına başlamalıyıq”.

 

Xalq yazıçısı Elçin çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və Ordumuzun şücaəti Qarabağı düşmən işğalından xilas edib: “Bu tarixi bir gündə məni sevinc hissi ilə yanaşı, dəhşət də basır. Elə bil insanın uzun illər qoruduğu kəhrəba içində saxladığı buğda zəmisindən çəyirtkə dəstəsi keçib. Bu, erməni xislətinin göstəricisidir. Düşünürəm ki, həmin kitabxanaların yandırılaraq məhv edilməsi mədəniyyətə, mənəviyyata olan bir təcavüzdür”.

 

Mədəniyyət NazirliyiMilli Kitabxananın irəli sürdüyü təşəbbüsün əhəmiyyətini vurğulayan yazıçı onun mənəvi bir axına çevrilməsini arzulayıb: “İnanıram ki, bu kitabxanaları tez bir zamanda bərpa edəcəyik”.

 

Mərasimdə çıxış edən Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Xalq yazıçısı Elçinin bu təşəbbüsə qoşulmasının böyük bir mənası, alt qatı var, çünki onun kökü Qarabağdandır. Böyük ədib İlyas Əfəndiyev öz əsərlərində Qarabağın tarixini, onun koloritini olduqca gözəl təsvir edib, dilimizin gözəlliyini öz romanlarında əks etdirib. Xalq yazıçısı Elçinöz əsərlərində Qarabağ sevgisini hər zaman büruzə verib. İ.Əfəndiyevin “Şuşaya duman gəlib” povestini xatırladan R.Məcid Elçinin  Bayraqdar” romanında da bu şəhərin kədərli, hüznlü məqamlarının əks olunduğunu deyib.

 

“İnanıram ki, Mədəniyyət NazirliyininMilli Kitabxananın bu çağırışına Azərbaycan Yazıçılar Birliyibütün kitabsevərlər qoşulacaq”, – deyə R.Məcid bildirib.

 

Sonda Kərim Tahirov Xalq yazıçısı Elçinə nəcib addımı üçün təşəkkür edərək, bütün Azərbaycan ictimaiyyətini, xaricdə yaşayan həmvətənlərimizi, ziyalıları, yazıçı və şairlərimizi, naşirləri, bütün ölkə vətəndaşlarını fəal şəkildə bu aksiyaya qoşulmağa çağırıb.

 

Mədəniyyət.- 2021.- 20 yanvar.- S.4.