Bakı Xoreoqrafiya Akademiyasının anım tədbiri

 

Bakı Xoreoqrafiya Akademiyası (BMA) rəhbərliyinin,  professor-müəllim heyətinin iştirakı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videotoplantı keçirilib.

 

Toplantını BMA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev açaraq 20 Yanvar faciəsi barədə danışıb.

 

Daha sonra akademiyanın prorektorları, dekankafedra müdirləri, ümumi orta təhsil və orta ixtisas təhsil pillələrinin rəhbərləri, professor-müəllim heyəti 31 il əvvəl yaşanan hüzn dolu günlər haqqında xatirələrini bölüşüb.

 

Çıxış edənlər 20 Yanvarı Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı kimi səciyyələndirərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin 20 Yanvar şəhidlərinin də xatirəsinə mənəvi bir abidə olduğunu qeyd ediblər.

 

Videotoplantının yekununda pandemiyadan sonra akademiyanın bütün təhsil pillələrində 20 Yanvara həsr olunmuş kütləvi bədii maarifləndirici tədbirlərin keçiriləcəyi bildirilib.

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.4.