London sakinlərinə bukletlər paylanılıb

 

 

Böyük Britaniyanın paytaxtı Londonda soydaşlarımız tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Şəfiqə Robertsin təşəbbüsü ilə bir qrup xanım soydaşımız 20 Yanvar faciəsindən və Bakıda sovet qoşun hissələri tərəfindən qətlə yetirilən şəhidlərimizdən bəhs edən bukletləri Londonun müxtəlif tarixi məkanlarında paytaxt sakinlərinə təqdim ediblər.

 

Bukletlərdə Azərbaycan xəritəsinin təsviri, 20 Yanvar faciəsindən fotolar əks olunub, tarixi faktlar sadalanıb, “20 Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, yaralarımız təzə və acıdır”, “20 Yanvar Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb” və s. kimi ifadələr yazılıb.

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.4.