Arşın mal alandünyanı gəzir

 

Hər ölkədə bu tamaşa özünəməxsusluqla yadda qalır

 

Üzeyir HacıbəylininArşın mal alanoperettası bir əsrdən artıq sənət ömründə dünyanın müxtəlif ölkələrində səhnə həyatı yaşayıb. Ötən ilin sonunda operetta Bolqarıstanın qədim tarix mədəniyyət mərkəzi olan Kırcali şəhərində nümayiş etdirildi.

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ölkəmizin Bolqarıstandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn tamaşanı Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev hazırlayıb.

 

Rejissor tamaşa ilə bağlı təəssüratlarını bizimlə bölüşdü.

 

 

 

İlk dəfə deyil ki, xaricdə bu tamaşaya quruluş verirsiniz. Budəfəki premyera hansı oxşar fərqli cəhətlərlə yadda qaldı?

 

Dahi Üzeyir bəyin dünyaca məşhur əsərinin Bolqarıstanda premyerasının keçirilməsi əlamətdar hadisə oldu. Üzeyir bəyin opera operettalarına ayrı-ayrı ölkə şəhərlərdə quruluş vermişəm. Belarusda, Moskvada, Tacikistanda, Samsunda bu tamaşa səhnəyə qoyulub. Mənim üçün çox xoşdur ki, dünyanın müxtəlif ölkələrində, fərqli estetikaya məxsus səhnələrdə Azərbaycan bəstəkarlarının əsərlərini səhnələşdirirəm.Arşın mal alan”ı ilk dəfə 1997-ci ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında səhnəyə qoymuşam. O vaxt bu tamaşaya ulu öndər Heydər Əliyev gəlib baxmışdı tamaşadan sonra yaradıcı heyətlə görüşüb çox dəyərli fikirlərini bölüşmüşdü. Sualınıza cavab olaraq isə bildirim ki, bu işin yeganə oxşar cəhəti odur ki, dünyanın hansı ölkəsində olursa, əsərə həm aktyorlar, həm tamaşaçılar eyni sevgi maraqla yanaşırlar. Təbii ki, Çin aktyoru ilə Belarus aktyoru fərqli düşüncəyə, münasibətə, plastikaya malik insanlardır, eyni ilə bolqar türk aktyoru. Amma buna baxmayaraq, onların hər birinin əsərə münasibəti eynidir. O qədər sevgi ilə yanaşırlar ki, tamaşaya. Görünür, Üzeyir bəy Azərbaycan xalqının ruhunu öz musiqisinə o qədər dərindən həkk edə bilib bu ruh o qədər gözəl safdır ki, dünyanın hansı ölkəsində olursan-ol, həmin ölkənin insanlarına sevgi bəxş edə bilir. Eyni zamanda libretto Üzeyir bəyin özünə məxsusdur o qədər maraqlı yazılıb ki, diqqəti cəlb edə bilir. Fərqli cəhətlər isə  oyun tərzində özünü göstərir. Ola bilsin ki, mizanlarda oxşarlıq olur, amma ifadə vasitələri fərqlidir. Səhnədə obraza yanaşmaları fərqlidir. Hansı ölkədə tamaşanı qoyuramsa, məhz o ölkənin rəssamı, xoreoqrafı ilə işləyirəm. Buna görə onların da yanaşmasının təsiri fərqi hiss olunur. Bu baxımdan hər ölkədə bu tamaşa özünəməxsusluqla yadda qalır.

 

 

 

Tamaşa neçə müddətə hazırlandı?

 

Tamaşa ilə bağlı dəvət alandan sonra bir neçə dəfə Bolqarıstana getməli oldum. İlk dəfə tanışlıq məqsədilə getdim. Həm teatrın, həm truppanın imkanları ilə tanış oldum. Teatr tam fərqli istiqamət estetikada tamaşalar hazırlayır. İlk olaraq danışığımız zamanı teatrın rəhbərliyinin truppanın bu operettanın çox səmimi şəkildə tamaşaya qoyulmasını arzuladıqlarını hiss etdim. Buna görə qərara gəldik ki, hansı qaydada olursa-olsun, tamaşanı mütləq hazırlayaq. Onu da qeyd edim ki, “Arşın mal alan” 1960-cı illərdə həmin teatrın səhnəsində oynanılıb. Tam fərqli bir üslubda. Amma təəssüf ki, o tamaşadan bir dekorasiya elementi, geyim qalmışdı. Lakin hiss olunurdu ki, əsərin tamı-dadı hələ qalıb. İlk səfərdən başladıq masaarxası məşqlərə. Mətn, xarakterlərin açılışı ilə düşüncələrimi bölüşdüm, rolları böldük. Rəssam, xoreoqraf işinin xeyli hissəsi görüldü. Mən Bakıya qayıtdım, məşqlər onlayn davam edirdi. Mart ayında getdim Bolqarıstana.Arşın mal alan”ın Bolqarıstanda təqdimatı Üzeyir Hacıbəylinin 135 illik yubileyinə həsr olunmuşdu. Əsərin səhnələşdirilməsi həmçinin Kırcali teatrının yaradılmasının 60-cı ilinə təsadüf edirdi. Premyera Novruz ərəfəsinə nəzərdə tutulmuşdu. Səhnə məşqlərinə başladıq, tam hazır olanda pandemiya başladı. Nəhayət, 2020-ci ilin sonunda pandemiya şəraitinin qaydalarına uyğun olaraq yarım zal ilə tamaşanın premyerası oldu. Premyera Bolqarıstan mediasında geniş işıqlandırıldı, tamaşa repertuara düşdü. Tamaşaçıların rəyinə görə uğurlu oldu. Artıq planlaşdırılır ki, teatr bu  tamaşa ilə Bolqarıstanın müxtəlif şəhərlərinə qastrol səfərlərinə gedəcək. Eləcə Türkiyədə göstəriləcək. Tamaşa iki dildəhəm bolqar, həm türk dilində səhnələşdirilib.

 

 

 

Heyət sizi qane edirdimi?

 

Rəssamı Tomiana Tomova Naçeva, xoreoqrafı Ginka Kirçeva olan tamaşada bolqar türk artistləri çıxış edirdilər. Bütün heyət məşqlərə çox ürəklə yanaşırdı. Çox istəyirdilər ki, uğurlu olsun. Onlara verilən tapşırıqları ürəklə yerinə yetirirdilər. Məsələn, Soltan bəyi oynayan bolqar aktyor çox çalışırdı ki, Azərbaycan mentallığına yaxınlaşsın, obrazın tam dərinliyinə, şirinliyinə bələd olsun buna nail oldu. Eyni ilə digər rolları oynayan aktyorlar işə böyük sevgi ilə yanaşdılar. Bu baxımdan heyət məni qane elədi.

 

 

 

Üzeyir bəyin əsərləri bəşəridir, bütün zamanlarda aktualdır...

 

Tamamilə doğrudur. Dünyanın hansı ölkəsində olursa-olsun, onun əsərlərini izləyən tamaşaçı heyran qalır. Fransız, ingilis, ərəbhər kəs deyir ki, biz belə bir əsər hələ izləməmişik. Bir çox ölkələrdə bu əsərləri səhnələşdirdiyim üçün, eləcə bizim teatra əcnəbi tamaşaçılar gəldiyindən bunu əminliklə deyə bilirəm. Üzeyir bəy elə dünyanın sayılacaq bir neçə bəstəkarlarından biridir ki, onun əsəri hər yerdə uğurla nümayiş oluna bilir. Tamaşaçılar bu əsərləri sevib zövq ala bilir.

 

 

 

İnşallah, Üzeyir bəyin əsərləri onun doğma şəhərində də tamaşaya qoyular...

 

– Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz Qarabağımızı işğaldan azad etdi. Artıq Qarabağda yeni həyat başlayır. Şuşada mədəni həyat başlayır və orada yeni layihələr reallaşacaq. Düşünürəm ki, Üzeyir Hacıbəylinin də əsərləri Şuşada səhnələşdiriləcək və dünyanın hər yerindən gəlib onun öz yurdunda bu əsərləri izləyəcəklər. Bilirsiniz ki, il ərzində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif ölkələrdə mədəni layihələr reallaşır. Bu layihələr mədəniyyətimizin təbliğinə çox böyük xidmət edir. Eyni zamanda müxtəlif ölkələrdə yerli sənətçilərlə bizim əsərlərin oynanması mədəniyyətimizə marağı artırır. İnşallah, düşünürəm ki, yeni, möhtəşəm layihələr reallaşacaq. “Arşın mal alan”ın Bolqarıstanda səhnəyə qoyulmasında əməyi keçən hər kəsə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və ölkəmizin Bolqarıstandakı səfirliyinə təşəkkürümü bildirirəm.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.8.