Şanlı tarixadlı virtual sərgi təqdim edilib

 

1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan, Ermənistanın ölkəmizə ərazi iddialarına etiraz edən dinc əhaliyə qarşı Sovet Ordusu hissələri tərəfindən dəhşətli qırğın hadisəsi törədildi. 20 Yanvar Azərbaycan tarixinə təkcə faciə kimi deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, xalqın azadlıq istəyinin oyanış günü kimi əbədi həkk olunub.

 

Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyası 20 Yanvar faciəsinin 31-ci ilinə həsr olunmuşŞanlı tarixadlı virtual sərgini izləyicilərə təqdim edib.

 

Sərgidə qalereyanın kolleksiyasına məxsus əsərlərFaiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanov, Rasim Babayev kimi Azərbaycanın görkəmli rəssamlarının 20 Yanvar faciəsinə həsr olunmuş əl işləri nümayiş olunub. Bu əsərlər xalqımızın şanlı tarixinin, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini ümumiləşdirilmiş faciələrin görüntüsünü tamşaçılara çatdırır.

 

Virtual sərgidə ilk olaraq Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun  iki əsəri təqdim edilib, daha sonra Əməkdar rəssamlar Nazim Rəhmanovun, Faiq Əhmədovun əsərləri, Xalq rəssamı Rasim BabayevinTəcavüz”, 20 Yanvar mövzusunda ən çox əsər işləyən Əməkdar rəssam Rafael MuradovunTriptix-faciələrimiz”, “Qara Yanvaradlı əsərləri nümayiş olunub.

 

Qeyd edək ki, pandemiya səbəbindən əlamətdar tarixlərdə Azərbaycan Dövlət Rəsm Qalereyası virtual sərgilər hazırlayaraq təqdim edir.  

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.2.