Filarmoniyada 20 Yanvar qurbanlarına ithaf olunan musiqi proqramı
Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinin qurbanlarına
həsr olunmuş musiqi proqramı təqdim edilib. Konsertdə Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestri çıxış edib.
Proqramda
V.A.Motsart, N.Əliverdibəyov,
T.Quliyev, C.Villiam, Q.Qarayev, C.Perqolezi, Q.Fore və H.Xanməmmədovun əsərləri
səsləndirilib.
“ÜNS” yaradıcılıq səhnəsinin
solisti, Əməkdar
artist Aqşin Abdullayev
bildirib: “Pandemiyaya görə ötən il nə qədər
çətin keçsə
də, müzəffər
Ali Baş Komandanın
rəhbərliyi altında
şanlı Ordumuz bizə Qələbə sevinci yaşatdı. Şəhidlərimizin qanı yerdə
qalmadı.
Mən bu gün Tofiq Quliyevin “Azərbaycan” mahnısını ifa etdim. Sənətkarın müharibə illərində
bəstələdiyi bu
mahnıda insanların
saf duyğuları, vətənə məhəbbəti
tərənnüm olunur,
onlarda ruh yüksəkliyi yaranır”.
Tədbirdə həmçinin Azərbaycan
Milli Konservatoriyasının
nəzdində olan Respublika İncəsənət
Gimnaziyası şagirdlərinin
əl işlərindən
ibarət kiçik rəsm sərgisi də nümayiş olunub.
Musiqi proqramı yanvarın 20-də “Mədəniyyət” kanalı
vasitəsilə də
yayımlanıb.
Mədəniyyət.- 2021.- 22
yanvar.- S.3.