Mədəniyyət, elm, ali təhsilstatistika deyir?

 

 

Dövlət Statistika Komitəsi 2021-ci ilin əvvəlinə müxtəlif sahələr üzrə statistik məlumat göstəriciləri açıqlayıb. Bu sırada mədəniyyət, elm, təhsil sahələrinə dair statistik göstəricilər var.

 

Məlumata görə, Azərbaycanda 32 milyon kitabxana fondu olan 2927 kütləvi kitabxana, 2244 klub müəssisəsi, 239 muzey, 29 peşəkar teatr 349 mədəniyyət istirahət parkı var.

 

Dövlət Statistika Komitəsinin 2021-ci ilin əvvəlinə olan hesabatına görə, ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 132 elmi təşkilat müəssisə fəaliyyət göstərir. Bu elm ocaqlarında elmi-tədqiqat işləri ilə 20,8 mindən artıq mütəxəssis məşğul olur, onların da 72,8 faizi tədqiqatçılardır. Mütəxəssislərin 37,4 faizinin elmlər doktoru ya fəlsəfə doktoru elmi dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan ali təhsil müəssisələrində çalışan 8 min nəfər elmi-pedaqoji işçi tədqiqat işləri yerinə yetirir.

 

Azərbaycanda ötən il 40 dövlət 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə 26 elmi təşkilatda təhsil alanların sayı 198,7 min nəfər olub ki, onların da 48,9 faizini qızlar təşkil edib.

 

2020-ci ildə ölkənin ali təhsil müəssisələrinə 45 min nəfər tələbə qəbul olunub qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 50,4 faiz olub ki, onların da 77,8 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 48,9 faizi təqaüd alır.

 

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 84 xarici ölkədən 5,7 min tələbə təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Nigeriya Pakistan vətəndaşları üstünlük təşkil edirlər.

 

2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı isə 975 nəfər təşkil edib. Onların əksəriyyəti Macarıstan, Türkiyə, Rusiya, Çin, LatviyaBöyük Britaniyanın ali təhsil müəssisələrində oxuyur.

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.2.