Azərbaycan kino salnaməsi”nin birinci cildi nəşr edilib

   

 

Mədəniyyət  Nazirliyinin dəstəyi iləAzərbaycan kino salnaməsiikicildliyinin birinci cildi nəşr olunub.

 

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin qələmə aldığı kitabın birinci cildi 1898-2018-ci illərdə istehsal olunan tammetrajlı qısametrajlı bədii televiziya ekran əsərlərinin filmoqrafiyasını əhatə edir.

 

Kitabda Azərbaycan kinematoqrafiyasının keçdiyi yola nəzər salınıb, inkişaf mərhələləri araşdırılıb. Ötən əsrin əvvəllərində Azərbaycan kinosunda qadın rollarının digər millətlərdən olan aktrisaların oynadığı vaxtda ilk dəfə azərbaycanlı Mərziyə Davudovanın, Əzizə Məmmədovanın 1928-ci ildə çəkilmişHacı Qarafilmində iştirak etməsi, bir il sonra gənc qız İzzət OrucovanınSevilfilmində baş rola çəkilməsi digər aktrisalarımızın çəkildikləri filmlər haqqında salnamədə ətraflı məlumat verilib.

 

Şərq-Qərbnəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab kino mütəxəssisləri, mədəniyyət, incəsənət, televiziya, mətbuat işçiləri, kino həvəskarları, eləcə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Xatırladaq ki, Aydın Kazımzadənin müəllifi olduğuAzərbaycan kinosuizahlı kataloqunun I II cildində 1898-2002-ci illərdə istehsal olunan xronikal-sənədli, elmi-kütləvi, sifariş tədris filmləri tam əhatə edilib.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.7.