Nizaminin 880 illiyi
münasibətilə videokonfrans
Azərbaycanın Qars şəhərindəki (Türkiyə) Baş Konsulluğu və İsveçdə fəaliyyət göstərən “Elger” Elm və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib.
Məlumat verilib ki, “Elm və təhsil: dünən, bu gün və sabah” mövzusunda konfransa 6 ölkədən ümumilikdə 100-dən çox elmi məqalə təqdim olunub.
Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairinin şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsini tarixi hadisə adlandıraraq, böyük mütəfəkkirin əsərlərinin dünyada yayılması ilə bağlı mülahizələrini bölüşüb.
Konfransda “Elger” Elm və Tədris Mərkəzinin Türkiyənin Qars şəhərindəki təmsilçiləri – həmvətənlərimiz Ellada Gərayzadə və İlkin Qulusoy, İsveçin Yötebörq Universitetinin (Gothenburg University) professoru Səadət Kərimi və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda 2021-ci ilin
“Nizami Gəncəvi İli”
elan edilməsi bir
neçə aspektdən təhlil olunub.
Vurğulanıb ki, bu,
bir tərəfdən Azərbaycan ədəbiyyatının
təbliğini təmin edirsə, digər bir
tərəfdən də Nizami Gəncəvinin
əsərlərinin daha geniş
şəkildə dünyada
yayılması üçün yeni imkanlar yaradır.
Mədəniyyət.- 2021.- 27
yanvar.- S.8.