“Köhnə kişi və digər hekayələr” Ankarada çapdan çıxıb

 

 

Müasir Azərbaycan ədəbiyyatının tanınan simalarından olan Əlabbas Bağırovun “Köhnə kişi və digər hekayələr” (“Eski adam ve diğer öyküler”) kitabı AnkaradaBengü” nəşriyyatı tərəfindən çap olunub.

 

Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən nəşrə hazırlanan kitabda müəllifin “Köhnə kişipovesti, “Gözəl”, “Yolçu”, “Küçə”, “Şəhər” və başqa hekayələri yer alıb. Nəşrin baş redaktoru AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğludur. Əsərləri Türkiyə türkcəsinə gənc yazıçı-tərcüməçi Əbdülqadir Özkan çevirib.

 

Qeyd edək ki, bu kitab Əlabbas Bağırovun Türkiyə oxucuları ilə ilk görüşü deyil. Yazıçının əsərləri Türkiyədə dərgi, qəzet və saytlar vasitəsilə oxuculara çatdırılıb. İstanbulda nəşr olunanDörd dördlük” almanaxında onun “Mərənd ölüsü”, “Gözəl”, “Şəhər”, “Gəlin” hekayələri oxuculara təqdim edilib, “Təmrin” ədəbiyyat dərgisi isə yazıçının həyat və yaradıcılığına həsr olunan xüsusi buraxılış hazırlayıb.

 

Əsərləri qırğız, qazax, özbək, rus, ingilis, farsgürcü dillərinə tərcümə olunan Əlabbas Bağırovun yaradıcılığına son zamanlar Orta Asiya ölkələrində də maraq artıb. Hazırda  tərcüməçi və ədəbiyyatşünas Akif Azalp yazıçının “Köhnə kişipovestini özbək, Əbdülqadir Özkan isə irihəcmli “Qiyamçı” romanını Türkiyə türkcəsinə tərcümə edirlər.

 

Mədəniyyət.- 2021.- 27 yanvar.- S.8.