Tarixi-mədəni yaddaşımıza işıq salan sənədli filmlər müəllifi

 

 

Tanınmış rejissor, kinodramaturq Nazim Rzanın xatirəsinə

 

Sənədli kino rejissoru olmaq tarixi faktlara əsaslanmağı, həmin faktları dərindən təhlil süzgəcindən keçirməyi və bütün əldə etdiyi məlumatları ekran əsərində baxımlı və dolğun şəkildə tamaşaçıya çatdırmaq bacarığını tələb edir. Bu meyarlara malik sənətkarlar ərsəyə gətirdiyi işlərlə sənət salnaməsində əbədi ömür qazanırlar. Televiziyakino rejissoru, kinodramaturq Nazim Rza belə sənətkarlardan idi.

 

Təəssüf ki, Nazim müəllim haqqında keçmiş zamanda danışırıq. Sənətkar 2021-ci ilin 16 yanvarında, 80 yaşını tamamladıqdan 5 gün sonra haqq dünyasına qovuşdu...

 

Ötən əsrin 70-ci illərindən sənədli kinoya gələn Nazim Rza çəkdiyi sənət nümunələri ilə düşündürməyi bacaran, mövzunun nə qədər önəmli olduğunu, illər keçsə də, aktuallığını qoruyub saxladığını diqqətə çatdıra bilən peşəkar kimi qəbul olunurdu. İstər şəxsiyyət, istərsə də sənətkar kimi zamanın amansız yelləri Nazim müəllimdə heç nəyi dəyişdirə bilmədi. Düşüncələrini özünəməxsus zövqlə lentlərə köçürən, maraqlı sənədli filmləri ilə tamaşaçıların sevgisini qazanan rejissor ekran əsərlərində həmişə müasirlərinin həyatına müraciət edib.

 

Nazim Rza kinoda rahatlıq taparaq, arzularını burada gerçəkləşdirmişdi. Onu televiziyada prinsipialişgüzar, tələbkar və ədalətli bir insan, sənət adamı kimi tanıyırdılar. Azərbaycan kinosunda öz yeri, öz dəst-xətti var idi. Tarixi-mədəni keçmişimizlə bağlı lentə aldığı “Göylər sonsuz bir dənizdir” kinotrilogiyası, “Əsrlərin yadigarı”, “Qız qalası”, “Atəşgah”, “Həyat romansı” və s. ekran əsərləri böyük maraqla qarşılanmışdı. Çünki o, yalnız və yalnız inandığı həqiqətlərə üz tuturdu. Vətəninə, elinə dərin məhəbbət bəsləyən rejissorun yaradıcılığında 30 ilə yaxın qəlbimizdə ağrı ocağı olan Qarabağ mövzusu ayrıca mövqedə idi. Onu da qeyd edək ki, rejissor hələ 1977-ci ildə – mənfur ermənilərin Qarabağla məkrli planları aşkar olmadığı vaxtda – “Dağlıq Qarabağ” adlı televiziya filmi çəkmişdi. Film Dağlıq Qarabağın tarixindən, mədəni həyatından, sənaye və kənd təsərrüfatından, sakinlərinin həyat tərzindən bəhs edir.

 

Biz Nazim Rzanı həmişə qürurlu gördük. Məsuliyyətli və mənəviyyatlı gördük. Onu bizə doğmalaşdıran həm də mərdanəliyidir. Nazim müəllim dar günün, çətin günün adamı idi”. Bu fikirləri rejissorun dostları, həmkarları söyləyir.

 

Nazim İsrafil oğlu Rzayev (Nazim Rza) 11 yanvar 1941-ci ildə Gəncədə ziyalı ailəsində doğulub. 1945-ci ildə ailəsi Bakıya köçüb, Nazim orta təhsilə paytaxtda başlayıb. Orta məktəb illərində musiqi təhsili də alıb, 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib.

 

1959-1964-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Mədəni-maarif fakültəsində, 1966-1971-ci illərdə Leninqrad Dövlət Teatr, MusiqiKinematoqrafiya İnstitutunun (indiki Sankt-Peterburq İncəsənət Akademiyası) Televiziya rejissorluğu fakültəsində təhsil alıb. Diplom işi kimi hazırladığı “İnsan Xəzəri xilas edirteleviziya filmi beynəlxalq və ümumittifaq kinofestivallarında mükafatxüsusi diplomlara layiq görülüb.

 

Əmək fəaliyyətinə televiziyada dublyaj şöbəsində başlayıb, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq edib. 1969-cu ildə təşkil olunanEkran” yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunan Nazim Rzanın yaradıcılıq fəaliyyəti bu birliklə daha sıx bağlı idi. 2000-ci illərə qədər burada 45-dən artıq sənədli film çəkib, 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilən 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olub. Müəllifi və quruluşçu rejissoru olduğu, yeddi müstəqil filmi özündə birləşdirən “Odlu məmləkət” kinoepopeyası sənətkarın diqqətəlayiq işlərindəndir.

 

Sənətində öz sözü, öz düşüncəsi olan rejissor həm də qazandığı bilik və təcrübəni gənc nəsillərə çatdırıb. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində rejissorluqaktyorluq sənəti fənni üzrə kurs rəhbəri kimi fəaliyyət göstərib.

 

Nazim Rzanın son illərdə ərsəyə gətirdiyi sənədli kino nümunələri dövlətçilik tariximizi, istiqlal salnaməmizi zənginləşdirən nümunələrdir. Onun  ekran işləri təkcə tamaşaçıların tarixi-mədəni yaddaşını zənginləşdirmir, həmçinin gənc nəsil rejissorlar üçün örnəkdir. Allah rəhmət eləsin.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 27 yanvar.- S.6.