“Tarix yazan
igidlərimiz”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Vətən müharibəsi şəhidlərini geniş ictimaiyyətə tanıtmaq məqsədilə “Tarix yazan igidlərimiz” layihəsini davam etdirir.
Kitabxana tərəfindən hazırlanan növbəti videoçarx şəhid leytenant Nicat Atayevə həsr edilib. Videoçarxda şəhid haqqında ümumi informasiya, hərbi fəaliyyəti ilə bağlı fotolar və yaxınları tərəfindən təqdim olunmuş videolentlər əks olunub.
Nicat Atayev 5
mart 1994-cü ildə Mingəçevir
şəhərində anadan
olub. 2011-ci ildə orta məktəbi bitirib. Naxçıvan şəhərində yerləşən N saylı
hərbi hissədə
hərbi xidmət keçib. Sonra Gəncə Dövlət
Universitetinin Fiziki hazırlıq fakültəsinə
qəbul olunub. Universiteti bitirdikdən sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müraciət edərək,
2019-cu ildə 3 aylıq
zabitlik kursu keçib və Füzuli rayonunun N saylı hərbi hissəsində xidmətə
başlayıb.
27 sentyabr 2020-ci ildə
başlayan Vətən
müharibəsində Nicat
Atayev də ilk gündən döyüşlərdə
iştirak edib, qəhrəmanlıq göstərib. O, Füzuli
rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi
istiqamətində döyüşlərdə
şəhidlik zirvəsinə
ucalıb və II Fəxri xiyabanda dəfn olunub.
Şəhid leytenant Nicat Atayev ölümündən
sonra “Vətən uğrunda” ,”Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mədəniyyət.- 2021.- 27
yanvar.- S.6.