“Vətənim Azərbaycan” rəsm müsabiqəsinin seçimləri başa çatıb

 

 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayında elan olunan “Vətənim Azərbaycan” adlı uşaq rəsm müsabiqəsinin seçimləri başa çatıb.

 

Müsabiqə Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsində nümayiş etdirdiyimiz həmrəylik və birliyi, döyüşlərdə rəşadət göstərən hərbçilərin,  Vətən uğrunda canını fəda edən şəhidlərin qəhrəmanlığını tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.

 

Müsabiqəyə 3 yaş qrupu üzrə (12 yaşa qədər, 12-17 yaş, 17-21 yaş) respublikamızın müxtəlif şəhər və rayonlarından 1000-ə yaxın uşaq və yeniyetmə qatılıb.

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

 

Mədəniyyət.- 2021.- 27 yanvar.- S.5.