Tofiq Bakıxanov “Şərəf” ordeninə layiq görülüb

 

 

Prezident İlham Əliyev yanvarın 26-da Tofiq Əhməd Ağa oğlu Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

 

2020-ci il dekabrın 8-də Tofiq Bakıxanovun 90 yaşı tamam olub.

 

Mədəniyyət.- 2021.- 27 yanvar.- S.2.