Nizami irsinin ispandilli
ölkələrdə təbliği
Meksikanın Azərbaycandakı səfiri
Xuan Rodriqo Labardini Flores Dövlət
Tərcümə Mərkəzində
olub.
Mərkəzdən verilən məlumata görə, görüşdə
2021-ci ilin Azərbaycanda
“Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Meksikada və digər Latın Amerikası ölkələrində layihə
və tədbirlərin
həyata keçirilməsinə
dair fikir mübadiləsi aparılıb. Dahi şairin
ispan dilinə çevrilmiş əsərlərinin
ispandilli ölkələrdə
nəşri, Nizami yaradıcılığı ilə
bağlı Meksika Xarici İşlər Nazirliyinin “Mədəniyyət
diplomatiyası” saytı
vasitəsilə videokonfransların
təşkili məsələləri
müzakirə edilib.
Səfir
deyib: “Dövlət Tərcümə Mərkəzi
ilə Meksika səfirliyinin ötən illər ədəbiyyatlararası
mübadilələr istiqamətində
əməkdaşlığını məhsuldar hesab edirəm. Bu uğurlu
işbirliyinin bu il və gələn
illərdə də daha geniş və əhatəli şəkildə müxtəlif
formatlarda davam etdiriləcəyinə ümid
edirəm”.
Görüşün sonunda qonağa Meksika yazıçısı
Karlos Fuentesin Azərbaycan dilində nəşr edilmiş “Seçilmiş əsərləri”
kitabı təqdim olunub.
Mədəniyyət.- 2021.- 27
yanvar.- S.5.