“Rəssam və xalça:
bu gün və sabah”
Xalq rəssamı Kamil
Əliyevin 100 illiyinə həsr olunmuş
beynəlxalq elmi-praktik konfrans
keçiriləcək
Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə Xalq rəssamı Kamil Əliyevin (1921-2005) 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Muzeydən bildirilib ki, bu ilin payızında keçirilməsi nəzərdə tutulan konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər. Konfransa material qəbulu aprelin 30-dək aparılır. İştirakla bağlı ətraflı məlumatı info.carpetmuseum@gmail.com ünvanından əldə etmək olar.
Görkəmli xalçaçı-rəssam Kamil Əliyev öz
yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətinin
inkişafına mühüm töhfələr
verib. Rəssamın əsərləri
ölkəmizlə yanaşı, Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin məşhur muzey və qalereyalarında saxlanılır.
Mədəniyyət.- 2021.- 27
yanvar.- S.6.