“Can Azərbaycan”
yaradıcılıq müsabiqəsi
davam edir
Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi,
Azərbaycan Dövlət
Rəsm Qalereyası,
“İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq
Suluboya Cəmiyyətinin
Azərbaycandakı nümayəndəliyi)
və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə Vətən müharibəsində Qələbə
münasibətilə qrafika
və akvarel ustaları arasında elan olunan “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsi
davam edir.
Müsabiqənin məqsədi akvarel
və qrafika texnikası ilə çəkilmiş əsərlərə
marağı artırmaq,
rəssamların yaradıcılığında
ölkəmizin tərənnümü,
Ali Baş Komandanın
rəhbərliyi altında
Azərbaycan Ordusunun Vətən müharibəsində
göstərdiyi rəşadəti,
azərbaycançılıq məfkurəsi və milli birliyimizi təsviri sənətdə
əks etdirməkdir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqədə Azərbaycan
və xarici ölkələrdən olan
qrafika və akvarel ustaları iştirak edə bilərlər. Hər iştirakçı ən çox 3 əsərini müsabiqəyə
təqdim edə bilər, lakin əsas seçimlərdə
sərgidə yalnız
bir əsər nümayiş olunacaq.
Əsərləri Xətai Sənət
Mərkəzinin “Facebook”
qrupunda (müəllif
və əsər haqqında müvafiq məlumatları
qeyd etməklə) onlayn qaydada yerləşdirmək xahiş
olunur. Müsabiqə 5 mart tarixinədək davam
edəcək.
Mədəniyyət.- 2021.- 29
yanvar.- S.3.