“Milli
dadlar” bir portalda
Qastronomiya turizminin inkişafı üçün
konsepsiya hazırlanır
Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə
qastronomiya turizminin inkişafı üçün
“Milli dadlar” konsepsiyasının hazırlanması
işinə start verilib.
Dövlət Turizm Agentliyinin
dəstəyi ilə reallaşacaq layihənin əsas məqsədi qastronomiya turizminin inkişafına nail olmaq, milli mətbəx nümunələrini, onların
hazırlanma və təqdim edilmə ənənələrini yerli
və əcnəbi turistlər arasında populyarlaşdırmaqdır.
Azərbaycan Turizm Bürosu unudulmuş və ya unudulmaq təhlükəsi
olan milli mətbəximizə məxsus
nümunələrin vahid
mənbədə toplanmasına
dəstək olaraq
“millidadlar.az” portalını təqdim edir.
Azərbaycan Turizm Bürosu bu sahədə məlumatlı olan hər kəsi portalda qeyd edilən
qısa suallara cavab verməklə ölkəmizin milli mətbəx nümunələrinin,
qastronomiya ənənələrimizin
qorunub saxlanılması
və beynəlxalq aləmdə tanıdılması
işinə dəstək
olmağa çağırır.
Bir il davam
etməsi nəzərdə
tutulan layihənin yekununda “Milli dadlar” konsepsiyası ictimaiyyətə təqdim
ediləcək.
Layihə
çərçivəsində ölkəmizin zəngin kulinariya potensialının
dərin etnoqrafik köklərə malik olması nəzərə
alınaraq Bakı-Abşeron,
Quba-Qusar, Şəki-Zaqatala,
Cənub regionu, Naxçıvan Muxtar Respublikası, Gəncə-Qazax,
Qarabağ, Dağlıq
Şirvan, Kəlbəcər-Laçın
və Aran bölgələrindən olan
milli mətbəxə
məxsus müxtəlif
nümunələr haqqında
məlumatlar toplanılıb.
Elmi materiallardan və birbaşa yerli əhalidən əldə
olunan informasiyalar əsasında Azərbaycan
üzrə 900 ədəd
nümunə pasportun işlənib hazırlanması
nəzərdə tutulur.
Nümunə pasportda hər
bir milli mətbəx
nümunəsi barədə məlumatlarla yanaşı, onun mədəni, tarixi,
müalicəvi əhəmiyyəti və turizm
marketinqi istiqamətində uyğunluğunun qeyd edilməsi
də nəzərdə tutulub.
Mədəniyyət.- 2021.- 29
yanvar.- S.8.