“Əlvida, silah

 

 

Film azad olunmuş ərazilərin minalardan təmizlənməsindən bəhs edir

 

Azərbaycan Televiziyası işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib.  “Əlvida, silah” adlı sənədli film Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşlarının təhlükəli və məsuliyyətli işindən, həmçinin həyatından bəhs edir.

 

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin əməkdaşları həmin torpaqlarda olub, minaların təmizlənməsi prosesini lentə alıb. Füzulidə aparılmış çəkilişlərdə mina təmizlənməsi prosesinin neçə mərhələdən ibarət olduğu vurğulanır və hər bir mərhələ ayrı-ayrılıqda göstərilir.

 

Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatorları Adil Abbasov və Elşən Bədəlovdur.

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.5.