Gənclər Günü
münasibətilə rəqəmsal marketinq
üzrə təlimlər
2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və “ZADE-AI&ROBOTİCS”-in təşkilatçılığı ilə yüksək texnologiyalar və rəqəmsal marketinq üzrə təlimlərə start verilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, layihə çərçivəsində “neyro marketing&branding” (brendləşmə), “startup management” (startapların idarə edilməsi), “python” (data növləri ilə işləmə), “machine learning” (maşın öyrənmə) və süni intellekt sahələri üzrə təlimlər keçiriləcək.
İkiaylıq təlimin sonunda iştirakçılara sertifikatlar
təqdim olunacaq. Təlimlərin məqsədi xaricdə yaşayan azərbaycanlıların
ölkəmizdə həyata
keçirilən islahatlar
prosesinə cəlb edilməsi, gənclərin
müəlliflik etdiyi
startap layihələrinin,
onların intellektual və yaradıcı potensialının, biznes ideyalarının dəstəklənməsidir.
Mədəniyyət.- 2021.- 29
yanvar.- S.2.