Pekin Xarici Dillər
Universitetində “Nizami
irsi” layihəsi
Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan
dili kafedrası ölkəmizdə 2021-ci ilin
“Nizami Gəncəvi İli” elan olunması münasibətilə
“Nizami irsi” layihəsinə start verib.
Kafedranın müdiri, filologiya üzrə fəlsəfə
doktoru Aqşin Əliyev bildirib ki, layihə üzrə silsilə tədbirlər keçiriləcək. Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami
Gəncəvinin irsini
Çin ictimaiyyətinə
daha yaxından tanıtmaq, eyni zamanda Çin-Azərbaycan
ədəbi əlaqələrində
Nizami irsinin rolunu araşdırmaqdır.
İl ərzində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi və publisistik məqalələrin dərc
olunması, sərgi və elmi konfransın
təşkili, Nizami əsərlərinin, Azərbaycan
və dünya nizamişünaslığına aid elmi araşdırmaların
Çin dilinə tərcüməsi nəzərdə
tutulur, habelə Çində nizamişünaslığın
yaranması və inkişafı problemləri
tədqiq ediləcək.
Qeyd edək ki, Çinin
Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin
nüfuzlu ali
təhsil ocaqlarından
olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris
ilindən etibarən Azərbaycan dili üzrə kadr hazırlığı başlanıb.
Bütün Asiya məkanında
Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu
və Azərbaycan dili kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü
və dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə
ölkəmizlə bağlı
tədbirlər keçirilib,
Azərbaycan həqiqətlərini,
dilimizin və mədəniyyətimizin təbliği
ilə bağlı layihələr icra olunub. 2019-cu ildə “Nəsimi ili” çərçivəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı
sərgisi də keçirilib.
Mədəniyyət.- 2021.- 29
yanvar.- S.8.