Azərbaycanın instrumental muğamları haqqında kitabın təqdimatı

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyası tərəfindən Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif ƏsədullayevinAzərbaycanın klassik 12 instrumental muğamıadlı kitabının təqdimatına həsr olunmuş onlayn konfrans keçirilib.

 

Akademiyanın elm innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə konfransda çıxış edərək kitabın geniş musiqi ictimaiyyətinin, bəstəkar musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin istifadə edə biləcəyi çox lazımlı tədris vəsaiti olduğunu bildirib.

 

Sonra BMA-nınŞifahi ənənəli Azərbaycan professional musiqisi onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya akustikaelmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadəArif Əsədullayevin elmi fəaliyyətinə bir nəzəradlı məruzə ilə çıxış edib.

 

Bildirilib ki, 20 ildən artıqdır Azərbaycan instrumental muğamlarını nota salmaqla məşğul olan Arif Əsədullayevin bununla bağlı 5 məcmuəsi işıq üzü görüb. Bu məcmuələr həm tədris repertuarı kimi, həm solist-ifaçılar üçün qiymətli vasitələrdir. Görkəmli muğam bilicisi Azərbaycanın klassik 7 instrumental muğamını – “Çahargah”, “Humayun”, “Rast”, “Bayatı-Şiraz”, “Zabul segah”, “ŞurŞüştərmuğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota yazıb. O, həmçininMahur hindi”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Bayatı-kürd”, “Vilayəti-Dilkeş”, “Şahnaz”, “Qatar”, “Rahab”, “Dügah”, “Dəşti”, “Şüştər”, “Xaric segah” instrumental muğamlarını yeni kitabında geniş musiqi ictimaiyyətinə təqdim edərək, muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi, dəyişikliklərə məruz qalmadan çatdırılmasında böyük xidmət göstərib.

 

Sənətşünaslıq namizədi, dosent Dilbər Məmmədova dahi Üzeyir HacıbəylininXalq musiqisinin əsaslarıkitabından, muğamların səs düzümündən Arif müəllimin nota aldığı instrumental muğamların temperasiyalarından söhbət açıb. Xalq artisti, professor Eldar İsgəndərov Arif Əsədullayevlə birlikdə yazdıqları “7 klassik Azərbaycan muğamı” solo violonçel üçün işlənmiş dərs vəsaiti haqqında öz fikirlərini bildirib.

 

Videokonfransda elmi tədqiqat laboratoriyası əməkdaşlarının elmi məruzələri dinlənilib.

 

Sonda Arif Əsədullayev konfransın təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.5.