Bizim qəzet – 30...

 

 

Bu təyində sizehtiva olunursuz, hörmətli oxucularımız!...

 

Başlıqdan da göründüyü kimi, “işıq üzü”nə 1991-in yanvarında çıxmışıq.

 

Onda hələ qaranlıqÜZ “20 Yanvar”ın 1 yaşı tamam olurdu...

 

Onadək hələ yalnız sovet mundirli, bolşevikperolu mətbu nümunələr “əsl qəzet” hesab edilirdi...

 

O vaxtlaradək ancaq (və “òîëüêî”) Sov.İKP MK Baş katiblərinin paytaxtımıza beş-üç saatlıq təşrifi münasibətilə bütün respublikadabeşillik plan”ların üç-dörd qat artıqlaması ilə yerinə yetirilməkliyindən yazan (guya, o əlahəzrətlər gəlməsəymiş, sağıcılar məhsulun yarıbayarısını inəklərin əmcəyində, qırxınçılar qoyunların belində, “ qızıl”çılar pambıq kolları üstdə qoyacaqmışlar!) fantazşinellilər “qızılqələm” jurnalistlər sayılırdı...

 

Və hələ müstəqil dövlət suverenliyimizlə bağlı aktın imzalanmasına 9 ay qalırdı...

 

Belə bir zamanda meydana çıxan sırf siyasi və sahəvi (vaxtaşırı olaraq öz “baxış bucağı” və “alqış-alxış” hədəflərinə “əlgəzdirmə”ləri də qeyd olunmaqla) nəşrlər sırasında, öz xoşavaz adı, gözoxşar loqotipi, sərhəd-çərçivəsiz mövzu-məram və digər komponentləri ilə bütün dövrlərin hər tür ideya-amal hədəfləri fövqündə dayanan bir qəzet də göründü: –

 

 

 

“MƏDƏNİYYƏT”! 

 

 

 

Öncədən qeyd edək ki, 30 il-mərtəbəli bu qəzetin ideya-təsis-bünövrə memarı – dünyasını dəyişənədək (2000-ci il) baş redaktoru olmuş Şahmar Əkbərzadədir: o zaman gəncliyinin çox sevdiyi şair, o çağ oxucusunun brendimza-imic” dərəcəsində qəbul etdiyi alovlu publisist, o dövr milliyyətçilərinin “milli beşlik” (Bəxtiyar Vahabzadə – Xudu Məmmədov – Nurəddin RzaZeynal Məmmədov - Şahmar Əkbərzadə) üzvü kimi qiymətləndirdiyi vətənpərvər, dünya çaplı Çingiz AytmatovunBöyük Türküstanın Azərbaycan Dostu” ifadəsilə öydüyü ziyalı...               

 

O qarmaqarışıq, hər dəstənin öz çəkicini öz zindanına vurduğu, Milli İstiqlala hamiləlik yükünü məşhur “xərçəng, ördək və balıq” təmsili timsalı ilə müxtəlif səmtlərə çəkdiyi dəmlərdə bu qəzet-qələm xalqı ümummilli konsensusluğa dəvət edənlərdən oldu. Dərc etdiyi publisistik yazılarında “20 Yanvar” olayını (ilk prizma-baxış olaraq) tək elə milli faciə kimi yox, “milli istiqlal tunelində şölələnən ən gur və bəlkə də son işıq” kimi də vəsf etdi. Həmin günlərin birində (9 yanvar 1991) Laçından Şuşaya gedərkən qətlə yetirilən ilk şəhid qadın-jurnalist (sonralar Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş) Salatın Əsgərovaya atılan güllə ilə bağlı redaksiyaya axışan “zəhmətkeş” suallarını “bir kobud SSRİ İmperiyası kişisinin bir zərif Azərbaycan SSR xanımına qurşun hədiyyəsi” cümləsi ilə cavabladı. Yüzlərlə oxucu rəyinə səbəb olan “Qızlar layla çala bilmir...” yazısı ilə “əlaqədar təşkilatlar” ünvanına: “Axı başları gecə-gündüz pambıqyığan-neftçıxaran maşınlar “polifoniya”larına qarışmış, əlləri dəmiryol şpalerlərini mıxlayan ağırbatman “kuvald” his-pasına bulaşmış bu yazıq qızlar “laylakimi incə-mincə əsərləri necə çalsınlar?!” kimi sual-nidalar yağdırdı...

 

Zaman-zaman loqotipi, baş redaktorları, heyət üzvləri, təsisçisi olan nazirliyin adı və rəhbərlikləri, informativ-üslub taktikaları, redaksiya ünvanları dəyişilsə də, bu qəzet müqəddəs Dövlətçilik, Vətənçilik, milli Mədəniyyət-mənəviyyatçılıq strategiyasına sadiq qalmada. Son iki onillikdə respublika rəhbərliyinin bütün ölkədə bərqərar etdiyi ictimai-siyasi-sosial sabitlik (əlbəttə, fonda cərəyan edən Dağlıq Qarabağ təşnə-təlatümünü istisna etməklə) bizim qəzetimizdə də normal, işgüzar-demokratik ab-hava “kardioqram”ı ilə yaşanmada. Məsələn:

 

– təsisçimiz olan nazirlikdən sabiqcari tematikalara baxış-münasibətlə bağlı heç bir göstəriş, təlimat və s. yox (əksinə, orijinal-operativ yazılara müsbət reaksiyalar);

 

indiki baş redaktorumuzun rəsmi-“nomenklatur”luqdan çox, sərbəst yaradıcılıq mühiti yaratmağa meyilliliyis.

 

O ki qaldı yazılara, təbii ki, lap başdan başlamalı:

 

Baş yazarımız Vüqar Orxan (Əliyev) yəqin ki, sizin də rəğbətinizi, daha çox, müsabiqə yazıları ilə qazanıb...

 

Burda sözümü üç nöqtə ilə kəsməyimin səbəbi bu an bu müəllifin gözlərim önündə, baş redaktor olaraq xəyallanıb, “keç, başqa müəlliflərimizin yazılarına” işarəti...

 

o başqa müəlliflərin materiallarından seçmələr.

 

Gülcahan Mirməmməd:

 

Yubileylər, daha doğrusu, yubiley keçirmək ənənəsi bir qədər qəribədir. Məsələn, kiçik yaşı, yəni, 1, 3, 5 yaş dönümlərini daha təntənəli qeyd edirlər, nəinki 10, yaxud 20. Sanki yaş artdıqca təmtəraqlı yubiley istəmirlər ki, birdən kimsə bayram edilən yaşa yaraşan hansı işlərin görüldüyü, hansı nailiyyətlərin qazanıldığı ilə maraqlanar. Elə ki yubiley gəlib çatır daha böyük, daha yuvarlaq çağlara, yubiley tədbirləri daha təntənəli, sanballı, yaddaqalan olur. Dövlət statusu almasının düz bir əsri tamam olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yubileyi kimi...

 

Dost-tanışla bayramlaşaraq foyeyə daxil oluruq. Qapıdan ayağımızı içəri qoyan kimi güzgülü sütunların büründüyü, divarları bəzəyən ilk dövlət teatrımızın tarixinin şanlı səhifələrinin təsvirləri, tamaşalardan şəkillər, müxtəlif dövrləri xatırladan kollektiv fotolar ziyarətçiyə deyir ki, sən yüz ildə bir kərə baş tutan olayın şahidisən...”.

 

Həmidə Nizamiqızı:

 

 Paytaxtımızın mərkəzi prospektlərindən birində yerləşən bir nazirliyin əzəmətli binası qarşısındayam. Başını göyə qaldırsanpapağın, yerə əysəngüzgüfason mərmər döşəməyə şəklin düşər. Qapıda səliqə ilə geyinmiş mühafizəçilər, girişdəki dekorativ ağac güllərə “min naz iləqulluq edən xanımlar... Çox gözəl, pəki pakizə; varlıyıq, sivil zövqlüyük! Ancaq... girişdə asılmış üçrəngli bayrağımızın halı yaman; bu milli dövlətçilik atributumuz ötən illərin təbiət (yağış, külək, günəş) bu nazirliyə məxsuscəmiyyət rəngləri”ni əxzetməli olub; büsbütün solub...

 

Güman ki, bu mənzərə ötüb-keçənlərin əksəriyyətini təbiətin cürbəcür cilvələri hesab etdiyimiz isti-soyuq havalardan daha artıq yandırıb-üşüdür...”.

 

Fariz Yunisli:

 

Cavid əfəndi! SÖZün Kərbəlası çoxdan vardı, Kəbəsini Sən yaratdın.Zəvvar”-oxucuların da ki bitib-tükənməz!...

 

Antimilli məslək qəsbkarları Sənin Söz Qalalarından bircəsini beləişğaledə bilmədilər. Çünkiidrakı sönük başçıların qəflətiazad düşüncəyə, ötkəm sözə qənimlikdən, “itir-batır”, “götür-apar”dan savayı heç nəyə yaramır...”.

 

(İkinci Qarabağ müharibəsindən öncə yazılmış “Min yaşlı qocanın istəyipritçasından)

 

Doğulduğum yurdaNaxçıvana növbəti səfərim. Cənub tayımızla şütüyən avtobusda gözlərim yalnız sola – Şimal səmtə dikilib. Yandırılmış evlər, kötüklənmiş ağaclar, bomboş düzəngahlar hərdən dərə-təpələrdə görünən, bizimkilərdən olmadıqları elə yeriş-duruşlarından da bəllənənadam”lar...

 

uzaqdanqaralanXudafərin...

 

Adama elə gəlir ki, inşaca min, ayrılıq həsrətiycə iki yüz yaşlı bu körpümüz , artıq üçüncü onillik küskünlüyü yaşayan torpaqlarımız kimi, ağzınadurula bilməyənAraz suyu alıb susacaq.

 

Amma yox... ulu dədə-nənələrimizin geyimləri kimiköhnə”, müdriklərimizin deyimləri qədər hər zaman təzə-tər, tarixi qəhrəmanlarımız sayaq nər Sütunları üstdə dayanmış bu Dədə körpümüz danışırdı. Deyirdi ki...”.

 

Hərdən, redaksiyadaxili söhbətlərimizdəikinci növ yazıadlandırdığımıznitq-məqalə”lərdərc”i baş verir ki, onlardan, ən stajlı əməkdaşımız Lalə Azəriyə məxsus bir nümunə ( yoldaşlarına xitabən): “Ay uşaqlar, ötən sentyabra qədərişğal olunmuş rayonlarımızın adlarını sayabilməyən” (yəni, milli aşağılıq kompleksi yaratdığı üçün saymaq istəməyən! – T.A.) qızımla arası dəymiş müəlliməsi, indilər onun azad olunmuş bütün ərazi adlarını birnəfəsə saya bildiyinə görə, son vaxtlar bizim bütün ailə üzvlərimizlə alayı bir rəğbət məhəbbətlə salam-sağollaşır...”.

 

Təəssüflər ( əcəblər) ki... ümumxalq məram-məna tutumlu, böyük milli mədəniyyət-mənəviyyat ehtivalı məsələlərlə bağlı materiallarımızın çoxluğu ucbatından, buşəxsiyubiley yazımıza daha geniş yer ayrılması istəyimiz alınmadı.

 

Yəni, əsrlərin daş yaddaşında yadlaşmaqda olan sənət-ədəbiyyat adamları üzərinə işıq tutan Savalan Fərəcov, öz aktiv fəaliyyətləriləsonbeşikünvanlımübtəda”larını vaxtından teztamamlıq”laşdırmış Nurəddin Həbib, uzun illər kompüterdə leysansürət yığıcılığı, indilərsə, bizim hərf-söz xətalarımızın siz oxuculara faşını önləyən zərrəbingöz korrektorluğu ilə tanınan Səbinə Məmmədova, gələr gündən qəzetimizin estetik sima-libasında fantaz-fantosmaqorik yeniliklər (məsələn, səhifəyə yerləşməyən Şah Xətai qılıncını ramkanı da kəsib çıxmış xəyalatı kimi dizaynlayan) Cavid Sərxanbəyli, ən nəhayət (maddiyyat xüsusunda götürülərsə, ən əsas!), redaksiyadaxili-işçilərarası ədəb-ərkan qaydalarına, etno-milli davranış ənənələrimizə sadiqlik keyfiyyətlərinə əməletmə nüanslarını da vətəndaşlıq-ağbirçəklikhesabat”ına alan (habelə, çoxdandıBaş mühasibimizlə xoş müsahibəsərlövhəli bir söhbət umusunda olduğum) Minayə xanım Əliyeva haqda ürəkçalıcı notlar verə bilmədim...

 

Sağlıq... zaman-zaman bu redaksiyaya gələsi yeni nəsillərə, bu qəzetin 40, 50... 100 illik yubileylərindən yazası kolleqalarıma salamlar olsun!...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.7.