Beynəlxalq Uşaq
Kitabı Şurası Andersen
mükafatının qaliblərini elan edib
Azərbaycanlı yazarın əsəri fəxri
siyahıda dördüncü olub
Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) Hans Xristian Andersen adına mükafatın 2022-ci il üçün qaliblərinin adlarını elan edib.
Mükafata bu il Fransa yazıçısı Mari Od Muray (Marie-Aude Murail) və Cənubi Koreyadan rəssam-illüstrator Süzi Li (Suzy Lee) layiq görülüblər.
İBBY tərəfindən təsis edilən Hans Xristian Andersen mükafatı uğrunda bu il 163 müəllif, illüstrator və tərcüməçi yarışıb.
Azərbaycanlı uşaq yazıçısı Solmaz Amanovanın “Cəsur ayı və dostları” kitabı təşkilatın fəxri siyahısında dördüncü olub.
Andersen mükafatı dünyanın ən nüfuzlu ədəbi mükafatlarından sayılır, hətta “Kiçik Nobel mükafatı” da adlanır.
Beynəlxalq Uşaq
Kitabı Şurası (İBBY) 1953-cü ildə
İsveçrədə, Sürix şəhərində
yaradılıb. Hazırda İBBY-nin dünya üzrə 80 milli
bölməsi fəaliyyət göstərir. Azərbaycandan
F.Köçərli adına Respublika Uşaq Kitabxanası İBBY-nin
rəsmi üzvüdür və təşkilatla
əməkdaşlıq edir.
Mədəniyyət.- 2022.- 1 aprel.-
S.7.