“Qarabağ ədəbi-mədəni
mühiti yeni
baxış müstəvisində”
Konfransa məqalə qəbul olunur
Mayın 5-6-da AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçiriləcək.
Bu barədə AMEA-dan
məlumat verilib. Bildirilib
ki, ölkə başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” müvafiq sərəncamına
əsasən keçiriləcək
tədbirin məqsədi
Şuşa şəhərinin tarixini,
görkəmli şəxsiyyətlərini,
milli-mənəvi və
sosial-mədəni irsini,
ədəbiyyatını, incəsənətini,
memarlığını müxtəlif
aspektlərdən araşdırmaqdan
ibarətdir.
Konfrans Azərbaycanın mədəniyyət
paytaxtı Şuşanın
tarixi, şəhərin
ölkəmizin ədəbi
irsində yeri, incəsənət və memarlıq nümunələri,
dini, mədəni abidələri, 44 günlük
Vətən müharibəsində
qazandığımız Zəfər
və digər mövzuları əhatə
edəcək.
Tədbirə alimlər, elmi işçilər, doktorant
və magistrantlar məruzə və tezislərini təqdim edə bilərlər. İştirak
etmək istəyənlər məruzə və tezislərini aprelin 20-dək rus, ingilis dillərində xülasə və açar sözlərlə tərtib edilən
2-3 səhifə həcmində olmaqla
alimuxtar@gmail.com elektron poçt
ünvanına göndərməlidirlər.
Mədəniyyət.- 2022.- 1 aprel.-
S.6.