Tarixin qan yaddaşı
– mart soyqırımı
Tariximizin
ən qanlı səhifələrindən olan
1918-ci ilin mart qırğınlarından
104 il ötür.
Bu münasibətlə
regional mədəniyyət idarələrinin əhatə
etdiyi müəssisələrdə
müxtəlif tədbirlər
keçirilib.
Ağcabədi Regional Mədəniyyət İdarəsi (RMİ) Ağdam
rayon Rahib Məmmədov
adına Döyüş Şöhrəti
Muzeyində keçirilən
“Unudulmaz faciə” adlı tədbirdə muzeyin direktoru Sahib Məmmədov və Ağdam Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru Ülvi Qədirov çıxış edərək
soyqırımının ağır
nəticələrindən söz açıblar. Sonra məktəblilər hərbi-vətənpərvərlik
ruhunda şeirlər söyləyib, muzey tərəfindən mart soyqırımı
ilə bağlı hazırlanmış videoslayd
nümayiş etdirilib.
***
Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində
“Yaddaşlara həkk olan qətliam” mövzusunda elmi-praktik konfrans keçirilib. Mərkəzin əməkdaşları Mədinə
Rzayeva və Vəfa Zamanova mövzu ilə bağlı çıxış
ediblər. Sonra mart qırğınına
həsr olunmuş “Sündü” qısametrajlı
filmi nümayiş etdirilib.
***
Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası
Oxuculara xidmət şöbəsinin təşkilatçılığı
ilə “Mart soyqırımı
bəşəri cinayətdir”
adlı anım tədbiri keçirilib. MKS-nin direktoru Saməddin
Nəsirov və Quba Soyqırımı
Memorial Kompleksinin Elmi araşdırmalar, ekspozisiya
və fond şöbəsinin
müdiri Lətafət
Beybutova çıxış
ediblər. Tədbirin sonunda
“31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür”
adlı sərgiyə
baxış olub.
***
İsmayıllı RMİ Ağsu rayon Heydər
Əliyev Mərkəzi,
rayon Gənclər və
İdman İdarəsi,
Gənclərin İnkişaf
və Karyera Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı bölgəsi
üzrə şöbəsinin
birgə təşkilatçılığı
ilə Azərbaycanlıların
Soyqırımı Günü
münasibətilə yığıncaq
keçirilib. Tədbirdə ermənilərin törətdikləri
vəhşiliklərdən bəhs edən 18 dəqiqəlik qısametrajlı
film nümayiş olunub.
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində
isə “Tarixin qanlı salnaməsi” adlı kitab sərgisi təşkil edilib.
***
Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində tariximizin bu qanlı səhifəsinə
həsr olunan mühazirə təqdim edilib. Mərkəzdə ermənilərin xalqımıza qarşı
törətdikləri cinayətləri
əks etdirən fotostend, Azərbaycan, ingilis, rus və
digər dillərdə
nəşr olunmuş
kitab, buklet, dövri mətbuat materiallarından ibarət
sərgi açılıb.
Şirvan
Dövlət Rəsm Qalereyası, Şirvan Şəhər Gənclər
və İdman İdarəsi və Şirvan Gənclər evinin birgə təşkilatçılığı ilə “Soyqırımı
dəhşəti rəsmlərdə”
adlı sərgi təşkil olunub. Sərgidə əsərləri fərqlənən müəlliflər
diplomlarla təltif ediliblər.
***
Şəmkir RMİ Şəmkir Rayon Tarix-Diyarşünaslıq
Muzeyində “Bolşevik-daşnak
ittifaqının törətdiyi
qırğınların günahsız
qurbanları” mövzusunda
tədbir keçirilib. Tədbirdə “Azərbaycanda soyqırımı
silsilələri” mövzusunda
məruzə dinlənilib,
şagirdlər muzeydə
soyqırımı ilə
bağlı təşkil
edilmiş sərgiyə
baxıblar.
***
Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin təşkilatçılığı
ilə “31 mart – tarixi yaddaşımızdan silinməyən
soyqırımı” adlı
tədbir keçirilib. Muzeyin elmi
işçisi Ziyalə
Əliyevanın mövzuya
dair mühazirəsi dinlənilib.
***
Biləsuvar RMİ-nin əhatə etdiyi Salyan Dövlət
Rəsm Qalereyasında
Azərbaycanlıların Soyqırımı
Gününə həsr
olunmuş sərgi təşkil olunub.
***
Ağstafa RMİ Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin Mərkəzi Kitabxanasının
birgə təşkilatçılığı
ilə “31 mart – tarixin
qan yaddaşı” mövzusunda tədbir gerçəkləşib. Tovuz rayon MKS-nin
direktoru Güldərən
İbrahimova və
rayon Heydər Əliyev
Mərkəzinin direktoru
Humay Aslanova mövzu ilə bağlı çıxış
ediblər.
***
Masallı RMİ Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “31 mart qətliamı” adlı tədbir keçirilib. Tədbirdə muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova faciə haqqında söz açıb.
***
Gəncə RMİ Gəncə şəhər Uşaq incəsənət məktəbinin filialında Azərbaycanlıların Soyqırımı Günü münasibətilə rəsm sərgisi təşkil edilib.
Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialının keçirdiyi “Azərbaycanlılara qarşı törədilən soyqırımı aktı” adlı tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi, Məhsəti Gəncəvi Muzeyinin işçiləri və kitabxananın fəal oxucuları iştirak ediblər.
***
Şəki RMİ Şəkidəki R.Əfəndiyevin Ev-Muzeyində “Bəşər tarixinin dəhşətli faciəsi” mövzusunda məruzə təqdim olunub. Məruzədə erməni-bolşevik terrorçu dəstələrinin 104 il öncə xalqımıza qarşı həyata keçirdiyi soyqırımı haqqında məlumat verilib.
***
Bərdə RMİ-nin
tabeliyində fəaliyyət göstərən Yevlax şəhər Heydər Əliyev Mərkəzində “31 mart – Azərbaycanlıların
Soyqırımı Günüdür”
başlığı altında sərgi təşkil edilib.
Mədəniyyət.- 2022.- 1 aprel.-
S.4.