Bakı Uşaq və
Gənclər Teatrının yeni
tamaşası
Bakı Uşaq və Gənclər Teatrında “Qucaqla məni” adlı yeni tamaşanın nümayişi keçirilib. Tarix boyu xalqımıza qarşı törədilmiş soyqırımlara həsr olunmuş tamaşanın müəllifi Arzu Soltan, rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Əfruz Əliyeva, Ədalət Ağaverdiyev oynayırlar.
Tamaşa müzikl formasında canlı musiqinin müşayiəti ilə (musiqiçi Yusif Rüstəmov) hazırlanıb.
Təqdimatda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayonun digər rəsmiləri, idarə-müəssisələrin rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tamaşanın sonunda rayonun icra
başçısı Ə.Əzizov çıxış edərək
yaradıcı kollektivə yeni uğurlar arzulayıb.
Mədəniyyət.- 2022.- 1 aprel.-
S.5.