Parisdə “Türk Mədəniyyəti
və Dilləri Günü”
Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) “Türk Mədəniyyəti və Dilləri Günü”nə həsr edilmiş tədbir keçirilib.
Ölkəmiz Parisdəki səfirliyimizin dəstəyi və “Caspian Research Center” Assosiasiyasının təşkilatçılığı ilə tədbirdə təmsil olunub.
“Türk Mədəniyyəti və Dilləri Günü” ADƏT dərnəyinin təşkilatçılığı ilə İNALCO-da təhsil alan türk ölkələri tələbələri tərəfindən qeyd edilib. Tədbirdə türk ölkələrinin milli adət-ənənələri təqdim olunub.
Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi haqqında, eləcə də Xocalı soyqırımına dair Heydər Əliyev Fondu tərəfindən fransız dilində dərc edilmiş kitablar nümayiş olunub.
Tədbirə qatılan səfirliyin əməkdaşı
Günel Zülfüqarova
tələbələrə ölkəmizin tarixi
və mədəniyyətindən danışıb. “Caspian Research
Center” Assosiasiyasının təsisçilərindən olan
Adela Naibova milli rəqsimizi təqdim edib.
“Türk Mədəniyyəti
və Dilləri Günü” çərçivəsində
Azərbaycan paxlava və şəkərburası
da daxil olmaqla, türk ölkələrinin milli şirniyyatları İNALCO tələbələrinə
təqdim olunub.
Qeyd edək ki, İNALCO-da müxtəlif dərnək üzvləri
olan tələbələrin
təşəbbüsü ilə keçirilən ənənəvi tədbir
koronavirus pandemiyası
ilə bağlı iki il aradan sonra təşkil
olunub.
Mədəniyyət.- 2022.- 1 aprel.-
S.8.