Musiqi və incəsənət məktəbləri şagirdlərinin uğurları

 

Sumqayıt RMİ Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin skripka şöbəsinin 1-ci sinif şagirdi Zəhra Əlimətova (müəllim – Violetta Həsənəlizadə) Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən beynəlxalq incəsənət müsabiqəsində 1-ci dərəcəli laureat adına layiq görülüb.

Məktəbin fortepiano şöbəsinin 3-cü sinif şagirdi Gülxar Hüseynli (müəllim – Rufana Zülfüqarova) isə Gürcüstanda onlayn keçirilən M.AltunasviliM.Paniaşvili adına 7-ci beynəlxalq musiqi müsabiqəsində 1-ci yeri qazanıb. Həmin müsabiqədə Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin 2-ci sinif şagirdi Məryəm İsayeva (müəllim – Elnarə Əhmədova) “İlin ən yaxşı ansamblı” nominasiyası üzrə 1-ci yeri tutub.

Sumqayıt RMİ-nin əhatə etdiyi Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin fortepiano üzrə IV sinif şagirdi Aynaxanım Ağazadə (müəllim – İradə Abdullayeva) Belarusun Minsk şəhərində keçirilən “Avropa-Asiya ulduzları” onlayn beynəlxalq müsabiqəsində öz yaş kateqoriyasında 1-ci yerə layiq görülüb. Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin skripka ixtisası üzrə şagirdi Ayan Quliyeva Türkiyədə onlayn keçirilən 4-cü beynəlxalq “CA Melody” müsabiqəsində 2-ci dərəcəli laureat adını qazanıb. Ayanın müəllimi Ülkər Əsgərova isə təşəkkürnamə ilə təltif olunub.

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.4.