Uşaq kitab festivalı keçirildi

 

2-3 aprel tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə paytaxtda keçirilən Uşaq kitab festivalına bölgələrin bədii tədris ocaqları da maraq göstərib. Festival 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuşdu.

Layihə rəhbəri, “Ağıllı balauşaq nəşriyyatının direktoru Fatimə Alxaz bildirdi ki, festivalda uşaq kitablarının satışı keçirilir: “Festivalda 15 uşaq kitab nəşriyyatı iştirak edir. Hər bir nəşriyyat kitablara 20%-dən 70%-dək endirimlər nəzərdə tutub. Tədbirdə kitab mağazaları da təmsil olunur. Bundan əlavə, öz kitablarını təqdim etmək istəyən müəlliflər üçün ANAİB-in innovativ layihəsi olanÖz kitabını sat” guşəsi də fəaliyyət göstərir”.

 

Müsahibim festivala Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Füzuli şəhər 2 nömrəli Uşaq incəsənət məktəbi və Ağcabədi RMİ Ağdam şəhər Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbi şagirdlərinin qatıldığını da diqqətə çatdırdı. Bildirdi ki, festival çərçivəsində ustad dərsləri də keçirilir. Ustad dərslərində uşaqlar gildən saxsı qablar düzəldir, torbaları boyayır və müxtəlif əl işləri hazırlayırlar.

 

Qeyd edək ki, iki gün davam edən festivalda müxtəlif panellər, nağıl və tamaşa saatları təşkil olunub. Bir sıra uşaq yazıçıları, türkiyəli yazar Suat Turqut və Əməkdar artist Bəhram Bağırzadənin uşaqlarla görüşüimza mərasimi gerçəkləşib.

Xatırladaq ki, Beynəlxalq Uşaq Kitabı Günü danimarkalı uşaq yazarı Hans Xristian Andersenin (1805-1875) doğum günü (2 aprel) münasibətilə 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən təsis edilib.

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.4.