Azərbaycan-Rusiya diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş konsert

 

Aprelin 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi Bakıdakı Rus Evi ilə birlikdə konsert təşkil edib.

Konsert Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Tədbir hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə səmərəli əməkdaşlığın olduğunu vurğulayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında diqqətə çatdırıb ki, iki ölkə arasında münasibətlər dərin tarixi köklərə malikdir. O, mədəniyyət sahəsinin ölkələrimiz arasında əlaqələrin inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib.

Sonra Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramını açıb.

 

Proqramda solistlər – Əməkdar artistlər Aleksey Miltıx (violonçel), Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontrtenor), beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasova (skripka) və Cəlal Kərimovun (bariton) ifasında Pyotr ÇaykovskininNoktürn”, “Rus rəqsi”, Oqtay ZülfüqarovunMuğam və rəqs”, Fikrət ƏmirovunSevgi rəqsi”, Georgi SviridovunÇovğun”, Müslüm Maqomayevin “Azərbaycan” və digər əsərlər səsləndirilib.

 

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.3.