Bakıda Braziliya Film Festivalı başa çatdı

 

Xəbər verdiyimiz kimi, martın 30-dan aprelin 3-dək Nizami Kino Mərkəzində Braziliya filmlərinin festivalı keçirildi.

Azərbaycan Mədəniyyət Nazirliyi Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan festivalın proqramına 4 bədii, 1 sənədli film daxil edilmişdi.

Biz festival haqqında ətraflı məlumat almaq məqsədilə Nizami Kino Mərkəzində olduq. Mərkəzin direktoru Leyli Mirzəyeva qəzetimizə bildirdi ki, festivalın ilk günündə kinosevərlərQalib gəlmək üçün 10 saniyəfilmini izləyiblər. Ekran əsəri ötən əsrin 60-70-ci illərində iki ayrı çəkidə ikiqat dünya çempionu olmuş, indi bütün dövrlərin ən yaxşı 10 döyüşçüsündən biri hesab edilən braziliyalı boksçu Eder Jofrenin bioqrafiyasından bəhs edir. Ailə həyatına zaman ayırmaq çətin olduğu üçün idman həyatından yorulan Eder ilk titulunu qazandıqdan sonra boksu tərk edir. Ancaq o, sonradan gücünü toplayaraq öz peşəsinə müzəffər şəkildə geri dönür...

 

“Hebe – Braziliyanın ulduzufilmi bu ölkədə televiziyanın simvoluna çevrilən aparıcı Hebe Kamarqoya həsr olunub. 80-ci illərdə, hərbi diktaturadan demokratik rejimə keçid zamanında 60 yaşlı Hebe müstəqil televiziya karyerasına başlamağa qərar verir. Kişi şovinizminə, qısqanc ərinə narazı keçmiş nüfuzlu rəislərinə rəğmən o, bütün maneələrə rəğmən işinin öhdəsindən gələrək qeyri-adi aparıcı kimi tanınır.

Hər kəsə xatirə üçün hədiyyə et – Dorival Kaimmifilmi haqqında söhbət açan Leyli Mirzəyeva dedi ki, ekran işində göstərilir ki, 94 illik həyatında Dorival Kaimmi hətta uzaqda olsa belə, doğma Bahia üçün oxuyur, yazır bəstələyir. O Jorje Amado Bahia barədə təxəyyüllərin səbəbkarı hesab olunurlar. Tanış olduğu, sevdiyi insanlar professionallar onun həyatını Braziliya mədəniyyətinin simvolu olduğunu xatırlayırlar.

 

Simonalfilmi müğənni Vilson Simonal haqqındadır. O, Braziliya musiqi tarixinin ən böyük səslərindən hesab edilir. Kasıblıqdan ümumxalq şöhrətinə kimi qət etdiyi parlaq yol onun 70-ci illərdəki ekstravaqant həyatının Braziliya hərbi diktaturasının xüsusi xidmətlərinin diqqətini cəlb etməsinə səbəb olur.

 

Sevgi haqqında bütün mahnılarfilminin hekayəsi isə belədir: Anna Şiko cütlüyü San-Pauloya köçüb yeni evlərində əşyaları yerbəyer edərkən köhnə audiokaset tapırlar. Bunun 20 il əvvəl Klarissanın öz həyat yoldaşı Danielə yazdığı mahnılar olduğu bəlli olur. Zamandakı fərqə baxmayaraq hər iki ailədə ümumi olan bir çox şey aydınlaşır. Musiqi sayəsində onların hekayələri bir-birinə qarışır.

 

Festivalın kuratoru Fernando Bulhoes bizimlə söhbətində bildirdi ki, layihənin təşkilində əsas məqsəd Braziliya mədəniyyətini daha geniş coğrafiyada tanıtdırmaqdır: “Müxtəlif incəsənət növləri bizlərə bir-birimizin mədəniyyətini daha yaxşı tanımağa kömək edir. Mənə görə, mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq üçün ən gözəl üsullardan biri məhz kinodur. Braziliya Film Festivalı Azərbaycanda ilk dəfədir keçirilir. Ancaq niyyətimiz odur ki, festival ənənəvi formada hər il gerçəkləşsin”.

 

Ölkəsindən filmlərin Azərbaycanda nümayiş ideyasından danışan kurator dedi ki, illər öncə bu təkliflə Braziliyanın Xarici İşlər Nazirliyinə müraciət edib: “Onların dəstəyi ilə artıq 15 ilə yaxındır ki, Rusiya, Portuqaliya, Çin, İtaliya və digər ölkələrdə festivallar keçirilib. Onu da deyim ki, festivalda nümayiş etdirilən filmlər müxtəlif kateqoriyalara görə seçilib. Festivala ən yeni, ölkə daxilində və dünya üzrə daha çox mükafata layiq görülən filmlər daxil edilib”.

 

Qeyd edək ki, Braziliya Film Festivalı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunub.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.8.