Ədəbiyyat Muzeyinin Aran regional filialında Nazim Hikmətin 120 illik yubileyi
AMEA Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı
Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən böyük
türk şairi, yazıçı-dramaturq, ictimai
xadim Nazim Hikmətin (1902-1963) 120 illik
yubileyinə həsr olunan tədbir keçirilib. Bu barədə
Ədəbiyyat Muzeyindən
məlumat verilib.
Muzeyin Aran
regional filialının müdiri,
filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq türk inqilabi poeziyasının banisi Nazim Hikmətin ziddiyyətli və məşəqqətli bioqrafiyasından,
həbsxana və qürbətdə keçən
həyatından bəhs
edib.
Nazim Hikmətin
həyat və yaradıcılığını əks etdirən videoçarx və ədibin ssenarisi əsasında çəkilən
“Bir məhəlləli
iki nəfər” bədii filmindən (“Azərbaycanfilm”) epizod nümayiş olunub.
Şair-publisist, ədəbiyyatşünas Ramil Əhməd “Nazim Hikmətin həyatının Bakı
dönəmi”, Azərbaycan
Yazıçılar Birliyi
Gənclər şurasının
sədri, Ədəbiyyat
Muzeyinin dissertantı Fərid Hüseyn “Nazim Hikmətin şəxsiyyətindən doğan
poetik dünyagörüşü”,
muzeyin dissertantı Ülviyyə Yusifova “Nazim Hikmətin ideoloji mübarizəsi” mövzusunda məruzələrini
təqdim ediblər.
Filialın əməkdaşı Tofiq
Abdullayev çıxışında
Əməkdar mədəniyyət
işçisi Aşıq
Şakir Hacıyevlə
Nazim Hikmətin Moskva şəhərində
görüşündən bəhs edən bir xatirəni tədbir iştirakçıları
ilə bölüşüb. Sahilə Müseyibova və qiraətçi Ərəstun
Sadıqov şairin şeirlərindən
nümunələr səsləndiriblər.
Mədəniyyət.- 2022.- 8 aprel.-
S7.