Köhnə Bakı – fırça
yaddaşında
Aprelin 8-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində həkim-rəssam Rauf Canıbəyovun “Köhnə Bakı – fırça yaddaşında” adlı sərgisinin açılışı olacaq.
Muzeydən verilən məlumata görə, bir neçə sənət sahəsi ilə məşğul
olan R.Canıbəyovun əsasən
yağlı boya, karandaş
və rəqəmsal qrafika ilə işlədiyi
əsərləri böyük maraq doğurur. Rəssam əsərlərinin
əksəriyyətini köhnə Bakıya, onun
sakit küçələrinə, məhəllələrinə,
milli memarlığına, mehriban
sakinlərinin məişətinə həsr edib.
Mədəniyyət.- 2022.- 8 aprel.-
S.5.