Bu dəfə səhnəyə “Psix” çıxır
Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası olacaq. Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Ər-Toğrul, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Səhnə əsərində Don
Kixot obrazını Xalq
artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və
istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya,
Zaur Əliyev Xidmətçi
obrazlarında teatrsevərlərin qarşısına
çıxacaqlar.
Mədəniyyət.- 2022.- 8 aprel.-
S.5.