Ordubadi Molla Nəsrəddinjurnalı

 

Aprelin 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 4 saylı kitabxana filialındaMəmməd Səid Ordubadi Molla Nəsrəddinjurnalıadlı tədbir keçirildi. Xatırladaq ki, “Molla Nəsrəddinjurnalının birinci sayı 1906-cı ilin 7 aprel tarixində Tiflisdə işıq üzü görüb.

Görkəmli nasir, dramaturq, şair, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin (1872-1950) 150 illiyinə həsr edilən tədbir ədibin xatirə muzeyi Yasamal rayon MKS-nin nəzdində fəaliyyət göstərənSəməd Vurğun poeziya ocağı”nın birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Səməd Vurğun poeziya ocağı”nın rəhbəri, şair-publisist Zərəngiz Mansurova giriş sözündə qeyd etdi ki, Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə M.S.Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb.

ƏdibinMolla Nəsrəddinjurnalı ilə əməkdaşlığından danışan Z.Mansurova bildirdi ki, Ordubadi yaradıcılığının ilkin mərhələdə realizm demokratizm istiqamətində inkişaf etməsində, dünyagörüşündəki bəzi ziddiyyətlərin aradan qalxmasındaMolla Nəsrəddinjurnalının böyük rolu olub.

Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə yazıçının 150 illiyi ilə əlaqədar muzey tərəfindən silsilə tədbirlər keçirildiyini diqqətə çatdırdı.

Muzeyin direktoru daha sonra “Məmməd Səid Ordubadi və “Molla Nəsrəddin” jurnalı” adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, OrdubadininMolla Nəsrəddin”də “Hərdəmxəyal” imzası ilə felyeton və şeirləri dərc olunub. Müəllifin ilk felyetonu jurnalın 1906-cı il 6-cı nömrəsində işıq üzü görüb. Ümumiyyətlə, OrdubadiMolla Nəsrəddin”də 25 il iştirak edib, dərginin ən fəal üzvlərindən olub”.

Dünya Türk Ocaqları Mərkəzinin rəhbəri Aygün İbrahimova Ordubadi yaradıcılığının gənclər arasında təbliğinin əhəmiyyətini vurğuladı.

Cabir Novruz Mədəniyyət Fondunun əməkdaşı Rəsmiyyə Heybətağaqızı, publisist Nəzakət Kərimova-Əhmədova, Yasamal rayon MKS-nin 4 saylı filialının müdiri Aynur Babayeva, M.S.Ordubadinin Xatirə Muzeyinin əməkdaşı Rasimə Əhmədova və başqaları da ədibin zəngin yaradıcılığından söz açdılar.

Sonda Bakı şəhəri Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Hökməli Baxşıyev Ordubadinin əsərlərindən nümunələr səsləndirdi.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.3.