“Barokko
günləri” – beynəlxalq
musiqi festivalı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 23-26 aprel tarixində Bakıda “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalın proqramına M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrı, Kamera və orqan musiqisi
zalı və Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasında konsertlər,
tamaşa, ustad dərsləri daxildir. Sənətsevərlər barokko musiqisi
nümunələrini azərbaycanlı
ifaçılarla yanaşı,
İtaliya, Türkiyə,
Ukrayna və Gürcüstan musiqiçilərinin
də təfsirində
dinləyəcəklər.
Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası
təqdim olunacaq.
Həmçinin solo klavesin konserti,
Tbilisi Dövlət Kamera
Orkestri və Azərbaycanda fəaliyyət
göstərən, repertuarı
ancaq Barokko dövrü bəstəkarlarının
əsərlərindən ibarət
olan “D’accordo” ansamblının çıxışı
nəzərdə tutulub.
Festival çərçivəsində dünya şöhrətli
musiqi xadimi, Roma, San Karlo və digər
opera teatrlarının bədii
rəhbəri olmuş,
D’arte Lirika Akademiyasının direktoru,
professor Vinçenzo de Vivonun
(İtaliya) ustad dərsi keçiriləcək.
Mədəniyyət.- 2022.- 8 aprel.-
S.1.