Şuşada bir ilk – yamac
paraşütündən uçuş
“Şuşa İli” çərçivəsində Şuşa şəhərində ilk dəfə yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib. Bu barədə videonu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov sosial şəbəkə hesabında paylaşıb.
Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl qaya massivindən (Teleqüllə ərazisi), 1400 metr hündürlükdən yerinə yetirilib.
Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını Azərbaycan bayrağı bəzəyib. Xatırladaq ki, dünya paraplan xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa şəhəri göstərilib.
Uçuş gələcəkdə
ekoturizm məkanına çevrilməsi nəzərdə
tutulan Daşaltı kəndi istiqamətində
olub.
Mədəniyyət.- 2022.- 8 aprel.-
S.4.