İstanbul universitetlərində Vətən
müharibəsi ilə bağlı seminarlar
İstanbul universitetlərində Vətən müharibəsi zamanı Azərbaycana qarşı aparılan dezinformasiya siyasəti ilə bağlı seminarlar keçirilir.
“Azərbaycana qarşı təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində” mövzusunda ilk seminar Bağçaşəhər Universitetində baş tutub.
Seminarda Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi İdarə Heyətinin sədri Tural Əfəndiyev, Bağçaşəhər Universitetinin təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Abdullah Ağar və beynəlxalq hüquq üzrə ekspert Mehmet Uzun çıxış ediblər.
Natiqlər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı tətbiq edilən ikili standartlar, beynəlxalq arenada ölkəmizlə bağlı edilən əsassız iddialar və məqsədli dezinformasiyanın ölkə ictimaiyyətini, eləcə də dünya birliyini yanıltmaq üçün hazırlandığını bildiriblər.
Dünya mediasının 44 günlük Vətən müharibəsinə yanaşmasını təhlil edən Abdullah Ağar xüsusilə Qərb KİV-nin müharibə dövrü ərzində tutduğu mövqenin bilavasitə Ermənistan tərəfinin təbliğatını aparmaqdan ibarət olduğunu qeyd edib.
Eyni mövzulu
seminar üç gün ərzində İstanbulun
müxtəlif universitetlərində təşkil ediləcək.
Mədəniyyət.- 2022.- 8 aprel.-
S.2.