Ağdaban faciəsindən otuz il ötür
Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin
ən qanlı səhifələrindən biri
Kəlbəcər rayonunun
Ağdaban kəndində
törədilən qırğındır.
8 aprel 1992-ci ildə
Ermənistan silahlı
dəstələri Ağdaban
kəndinə hücum
edərək kütləvi
qırğın törədiblər. 130 evdən ibarət kənd yandırılıb,
kəndin 32 sakini (o cümlədən 8 qoca, 2
uşaq, 9 qadın) qətlə yetirilib.
Ağdabanda törədilən qətliamla
ermənilər Kəlbəcərin
işğalı üçün
planlar hazırlayırdılar. Düşmən planlı şəkildə
hərəkət edirdi.
Erməni silahlı birləşmələri
Ağdərə rayonunun
Çapar kəndi istiqamətindən Çayqovuşan
və Ağdaban kəndlərinə hücum
edərək əhaliyə
divan tutdular.
Həmin müdhiş gecə kəndin səkkiz sakini diri-diri odda yandırılmışdı. Kəndi oda
verən düşmən
ağdabanlı şair
Qurbanın və onun oğlu Aşıq Şəmşirin
əlyazmalarını da
yandıraraq bütün
külliyyatını məhv
etmişdi.
44 günlük Vətən
müharibəsində qazanılan
qalibiyyət, ərazi
bütövlüyümüzün bərpası, o cümlədən
Kəlbəcər rayonunun
işğaldan azad edilməsi Ağdaban soyqırımını törədən
canilərin də üzərində tarixi zəfər oldu.
Ağdaban sakinlərinin intiqamı düşməndən alındı. Amma qan yaddaşı yaşayacaq...
Mədəniyyət.- 2022.- 8 aprel.- S.1.