“Sənət üçün qaç” – incəsənət və idmanı birləşdirmək

 

Beynəlxalq fotomüsabiqənin yekun sərgisi açıldı

 

 

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Mədəniyyət Nazirliyiİtaliya Milli Olimpiya Akademiyasının “Culio OnestiFondunun birgə təşkilatçılığı ilə keçirilən “Run for Art” (“Sənət üçün qaç”) beynəlxalq fotomüsabiqəsi başa çatıb. Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində fotomüsabiqənin yekun sərgisi açıldı.

Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov, İtaliya Milli Olimpiya Akademiyasının vitse-prezidenti, “Culio OnestiFondu İdarə heyətinin üzvü, dağ-xizəksürmə üzrə Olimpiya mükafatçısı xanım Klaudia Cordani (Claudia Giordani) və digər qonaqlar iştirak edirdi.

Əvvəlcə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti haqqında məlumat diqqətə çatdırıldı.

SonraCulio OnestiFondu İdarə heyətinin üzvü Klaudia Cordani çıxış etdi. Layihə haqqında məlumat verən italiyalı qonaq bildirdi ki, “Sənət üçün qaç” gənc fotoqraflar üçünCulio OnestiFondu tərəfindən hazırlanmış beynəlxalq müsabiqədir. Müsabiqənin məqsədi incəsənət və idmanı birləşdirməkdir.

Müsabiqə 18-35 yaş arası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə mövzu təklif olunur: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inklüzivlik kimi mövzular idmanfotonun köməyi ilə araşdırılır.

Qeyd olundu ki, müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər biri, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi, 8 finalçı müəyyən edilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev beynəlxalq fotomüsabiqənin münsiflər heyətinin üzvüdür.

Xanım Klaudia Cordani çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, fotoqraflara uğurlar arzuladı.

 

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə müsabiqəyə təşkilati dəstək verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. Azərbaycan Milli Olimpiya Komitəsinin 30 il əvvəl yarandığını deyən Ç.Hüseynzadə söylədi ki, bu illər ərzində ölkəmizdə güclü olimpiya hərəkatı formalaşıb: “Olimpiya təkcə idman deyil, həm də idmanın təbliğatı deməkdir. Burada təhsil və incəsənət xüsusi yer tutur. Çox şadam ki, müsabiqənin qalibləri arasında azərbaycanlı fotoqraflar da var”.

 

Sərginin açılışında çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli Olimpiya Komitəsinin çox uğurlu, şərəfli yol keçdiyini vurğuladı. Dedi ki, bu uğurlu yol ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına qayğısı ilə bağlıdır. Prezident İlham Əliyev ümummilli liderin yolunu uğurla davam etdirir. Möhtərəm Prezidentimizin davamlı qayğısı nəticəsində idmançılarımız bayrağımızı yüksəyə qaldırıb və Azərbaycanı idman ölkəsi kimi tanıdıblar. Milli Olimpiya Komitəsinin fəaliyyəti sayəsində ölkəmizdə idman növləri inkişaf etdirilib, idmançıların beynəlxalq yarışmalarda qazandığı qələbələr yeni nəsildə idmana böyük maraq oyadıb.

 

İdmanla mədəniyyətin bir-birini tamamladığını söyləyən Anar Kərimov qeyd etdi ki, idman bədəni möhkəmləndirir, mədəniyyət isə ruhu zənginləşdirir.

 

Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

 

Məlumat verildi ki, müsabiqənin beysbolsoftbol kateqoriyasında Tetsu Çi-Çinqli (Tayvan), karate kateqoriyasında Gökhan Taner (Türkiyə), skeytbordinq üzrə Maks Danlap (ABŞ), qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), sörfinqdə isə Ris Beyts (Avstraliya) birinci yerə layiq görülüblər. Mükafatlandırma mərasiminə Türkiyə və Fransadan olan qalib fotoqraflar qatılmışdı.

 

Ölkəmizdən Nəriman Babayev (“Gənc karateçilərin yarışın açılışında nümayiş etdirdikləri fənd hərəkətləri” fotosu) 3-cü yeri tutub. Həvəskar fotoqraf Bayram Musayev isə skeytbordinq kateqoriyasının finalçıları sırasında yer alıb.

 

Daha sonra K.Cordani İtaliya Milli Olimpiya Akademiyasının “Culio OnestiFondunun xatirə hədiyyələrini Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli Olimpiya Komitəsinə təqdim etdi.

 

Tədbirin bədii hissəsində muğamklassik musiqilərdən ibarət konsert oldu.

 

Qeyd edək ki, “Run for Art” beynəlxalq fotomüsabiqəsi finalçılarının Beynəlxalq Muğam Mərkəzindəki sərgisi aprelin 16-dək ziyarətçilər üçün açıq olacaq.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.1;3.