“Beynəlxalq cizgi filmləri günü” münasibətilə

 

Aprelin 6-sı dünyanın bir çox ölkələrində “Beynəlxalq cizgi filmləri günükimi qeyd edilir. 1906-cı il aprelin 6-da Con Stüart BlektonAlbert Smit ABŞ-ın Kinoteatr Birliyi ilə “Gülməli üzlərin gülməli mərhələləri” adlı film çəkiblər. Bu, animasiya tarixində ilk cizgi filmi hesab edilir. Əlamətdar gün isə 96 il sonra – 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis olunub.

İsmayıllı RMİ İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə əlamətdar gün münasibətilə açıq havada sərgi təşkil edilib.

 

Şamaxı rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə isə uşaqlar “Göyçək Fatma” və “Tıq-tıq xanım” cizgi filmlərinin personajları haqqında müzakirə aparıblar.

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 45 nömrəli uşaq bağçasında “Danışır nağıllar, göstərir ekran!” adlı “cizgi saatı” keçirib. Tədbirdə uşaq yazıçısı Çinarə Köçərlinin “Marya işıltısı” kitabı əsasında hazırlanan cizgi filmi nümayiş olunub.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.4.