Regional mədəniyyət
idarəsi “İstedad”
baxış-müsabiqəsi elan edib
Kürdəmir RMİ tərəfindən ümummilli
lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
ilə əlaqədar
“İstedad” baxış-müsabiqəsi
elan edilib.
Baxış-müsabiqə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gənclər siyasətinin,
gənc nəslə qayğının bu gün də davam etdiyini nümayiş etdirmək, gənclərin istedad və bacarıqlarının
üzə çıxarılması,
mədəniyyət müəssisələrində
bu işin daha da canlandırılması
məqsədi daşıyır.
Müsabiqədə RMİ-nin əhatə etdiyi Kürdəmir, İmişli,
Beyləqan, Füzuli və Xocavənd rayonlarından bədii qiraət, musiqi və rəsm nominasiyaları üzrə
8-30 arası uşaq və gənclər, mədəniyyət müəssisələrində
fəaliyyət göstərən
bədii özfəaliyyət
kollektivlərinin üzvləri
və fərdi şəkildə iştirak
etmək istəyənlər
müraciət edə
bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər aprelin
1-dən 20-dək regional idarənin əhatə etdiyi rayonlardakı nümayəndəliklərə
elektron poçt və ya həmin
müəssisələrin “Facebook” səhifələrinə,
eləcə də birbaşa RMİ-yə müraciət edərək
qeydiyyatdan keçməlidirlər.
Müsabiqənin I (seçim) turu 25-30 aprel tarixində rayon nümayəndəlikləri tərəfindən keçiriləcək. II tur (yekun) mayın 4-də İmişli rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq və qaliblər həmin gün elan ediləcək. Qaliblər mayın 10-da Kürdəmir rayonunda keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.
Mədəniyyət.- 2022.- 8 aprel.-
S.4.