Avstriyalı tələbələr üçün muğamlartar mövzusunda ustad dərsi

 

Əməkdar artist, tarzən Sahib Paşazadə incəsənət sahəsində dünyanın məşhur ali təhsil ocaqları sırasında yer alan Vyana Musiqi və Təsviri İncəsənət Universitetində ustad dərsi keçib.

 

Salam.Orient” festivalı ilə əməkdaşlıq çərçivəsində baş tutan dərsdə əvvəlcə universitetin xalq musiqisi tədqiqatları və etnomusiqişünaslıq ixtisası üzrə baş mütəxəssisi, professor Marko Kölbl Azərbaycan muğamı haqqında ümumi məlumat verib.

 

Sahib Paşazadə tələbələrə Azərbaycan muğamlarının quruluşu və digər ölkələrin muğamlarından fərqləndirici xüsusiyyətləri barədə danışıb, tar alətinin Azərbaycan klassik muğam musiqisində yerindən, tar alətinin hazırlanması və tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasından bəhs edib. O, Azərbaycan tarının digər ölkələrdə fərqli formalarda istifadə olunan bənzər musiqi alətləri ilə fərqləndirici xüsusiyyətləri barədə nəzəri məlumatları da diqqətə çatdırıb.

 

Sonra tarzən Azərbaycanın yeddi əsas muğamından qısa parçalar ifa edib, ifanın xarakterik xüsusiyyətləri, eləcə də tar üçün bəstələnmiş klassik musiqi əsərləri barədə danışıb. Qeyd edilib ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli beş əsas muğam pərdəsini saxlamaqla tar alətini Avropa klassik musiqi alətləri ilə bir cərgəyə çıxarıb. Ustad dərsinin sonunda S.Paşazadə tələbələrlə birlikdə “Mahur” muğamından parça ifa edib. Maraqla qarşılanan ustad dərsinin gələcəkdə tədris planı çərçivəsində təqdim olunması arzusu ifadə edilib.

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.8.