Qaxda xeyriyyə konserti intellektual yarış

 

Şəki RMİ Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə kömək məqsədiləSabaha bir ümidadlı xeyriyyə konserti keçirilib.

Konsertdə müğənnilər Vüqar Muradov, Arzu Dunusova Fərid Kərimovun təqdim etdikləri mahnılar, Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq teatrının aktyorları Şəmsəddin Quliyev İbrahim Paşayevin hazırladıqları yumoristik səhnəciklər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin sonunda xəstəlikdən əziyyət çəkən uşaqların doğmaları çıxış edərək konsertə görə Şəki RMİ-nin Qax nümayəndəliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Konsertdən əldə olunan vəsait xəstə uşaqlar üçün açılmış bank hesablarına köçürülüb.

 

***

 

Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxanasında isə “Ən zəngin mütaliəçi kimdir?” adlı intellektual yarış keçirilib.

Tədbiri Qax rayon MKS-nin direktoru Güllü Əhmədova açaraq yeni nəsillərin inkişafında, təlim-tərbiyəsində kitabın, mütaliənin mühüm rol oynadığını bildirib, kitabsevərlərə bilik yarışında uğurlar arzulayıb.

Əməkdar jurnalist Vaqif Musayev, Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova və MKS-nin direktor müavini Ahidə Əfəndiyeva da uşaq və kitabın gəncələrə faydasından bəhs ediblər.

Yarışda kitabxananın fəal oxucularından təşkil olunmuşNur”, “Kitabçı” və “Ziya” komandaları biliklərini sınayıblar. Komandalar “Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı” və “Qaxın ziyalıları və görkəmli şəxsiyyətləri” nominasiyaları üzrə sualları cavablandırıblar. “Nur” komandası intellektual yarışın qalibi olub.

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.4.